"Yetər ki, sizlər bir sıra siyasət dəllallarının əlində oyuncağa çevrilməyəsiniz"

img

12-07-2012 [02:08]


Bu gün Müasir Müsavat Partiyasının mərkəzi qərargahında partiyanın sədri Hafiz Haciyev MMP Gənclər Təşkilatının fəalları ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, görüşdə 50 nəfərə yaxın gənc iştirak edib. Toplantını Gənclər Təşkilatının sədri açaraq təşkilatın ötən dövrdə gördüyü işlərdən, gənclərin fəallaşmasından danışıb, bəzi müxalifət partiyalarının gənclər siyasətini tənqid edib. Daha sonra MMP GT-nın üzvlərinə və partiya rəhbərliyində olan şəxslərə söz verilib. Bundan sonra MMP sədri Hafiz Hacıyev çıxış edib. O, partiyada müəyyən xidmətləri olan gənclərin hər birinə ayrılıqda təşəkkür edib: ?Hal-hazırda dünyada və Azərbaycanda tarixi hadisələr yaşanır. Hazırda dünyada və Azərbaycanın da daxil olduğu regionda cərəyan edən dəyişikliklər və bu dəyişikliklərin Azərbaycana da sirayət etməsi bizi məcbur edir ki, bir az ayıq-sayıq olaq. Mənim sizin bacarığınıza heç vaxt şübhəm olmayıb. Bu gün sizin işinizdəki keyfiyyət mənim inamımı daha da artırır?. Görüşdə gənclərin ictimai-siyasi fəallığından, sosial problemlərindən, ölkənin gənclər siyasətinin əhəmiyyətindən danışan partiya sədri Hafiz Haciyev gənclərin fikirlərini də dinləyib, problemləri ilə tanış olub, gənclərin təşəbbüskarlığının vacibliyini vurğulayıb və çıxışını belə davam etdirib: ?Bütövlükdə gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və mübarizliyindən asılıdır. Bütün dövrlərdə millətinin adını tarixə yazan sağlam gənc qüvvələr olub. Müasir zəmanəmizin gəncləri çox aktiv və dinamikdir. Bu gün bütün sahələrdə yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Cərəyan edən hadisələr gənclərin qarşısına məsuliyyət qoyur. Ən əsas tapşırıq gəclərin düzgün siyasi xətt seçmələri, şirnikdirici vədlərə aldanmamalarıdır. Biz tərəfdən də gəncliyə qayğı sabaha və uğurlara hesablanan bir siyasət olmalıdır. Eyni zamanda, yeridilən sözügedən siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət etməlidir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi üçün yetərincə münbit şərait var. Yetər ki, sizlər bir sıra siyasət dəllallarının əlində oyuncağa çevrilməyəsiniz. Bu gün AXCP sədri Əli Kərimli dövləti ələ keçirmək üçün gənc nəslin potensial gücündən istifadə etmək üçün onları öz cəfəng fikirləri ilə zəhərləyir. Azərbaycan gəncliyinin potensialı çox geniş və çoxşaxəlidir. O üzdən, bəzi tarixi günlərin gənclərdə vətənpərvərlik hisslərinin inkişafında rolunu düzgün istiqamətləndirmək lazımdır.İnsanlar arasında ,xüsusən gənclər arasında təbliğat işini gücləndirmək lazımdır. Azərbaycan əhalisinin tərkibində gənclərin daha çox yer tutması ilə fərqlənən ölkələrdən biridir. Hesab etmirəm ki, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, hansısa ictimai təşkilatın fəaliyyəti nəticəsində yaranır və formalaşır. Bu bütövlükdə xalqın ruhundan, ölkənin tarixindən, siyasi mənsubiyyətindən irəli gələn bir məsələdir. Ona görə də bizim üzərimizə düşən yükün ağırlığından qorxmadan ,bu ölkənin sabitliyi və müstəqilliyi uğrunda mübarizənizi davam etdirməyi sizdən xahiş edirəm?. Çıxışının sonunda H. Haciyev fəal gənclərə işlərində müvəffəqiyyətlər arzulayıb. Tədbir MMP-yə üzv olan yeni gənclərə partiya vəsiqələrinin verilməsi ilə sona çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA