ümid Partiyası Şəkidə müzavirə keçirdi

img

12-07-2012 [12:03]


Ümid partiyası Azərbaycanın regionlarında müşavirələr keçirməyə başlayıb. Bundan öncə müşavirələr Gəncədə və Cənub bölgəsində keçirilib. MIA-nin məlumatına görə, bu dəfə isə Ümid Partiyasının rəhbərliyi Şəki bölgəsində olub. Öncə Bakıdan gedən nümayəndə heyəti Şəkinin Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Ümid partiyasının Oğuz, Qəbələ, Qax, Balakən və Şəki rayon təşkilatların fəalları ilə təşkil olunan müşavirə öz işinə başlayıb. Azərbaycan himninin və Şəhidlərin xatirəsinin bir dəqiqə sükutla anılmasında sonra toplantını giriş sözü ilə Şəki rayon təşkilatının sədri Cavad bəy açıb. Bakıdan gələn nümayəndə heyətini və Ümid Partiyasının bölgədəki fəallarını salamlayaraq sözü Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini Səməd Hətəmova verib. Fəalları salamlayan sədr müavini Ümid partiyasının sədri, Millət Vəkili İqbal Ağazadənin salamlarını da onlara çatdırıb. Sonra Ümid Partiyası sədrinin müşaviri Arif Paşayev ölkədəki ictimai siyasi vəziyyətdən danışıb. Mövcud rejimin Azərbaycan xalqını təhsildən, səhiyyədən başlayaraq bütün sahələrdə iflic etməsindən danışan müşavir bildirib, artıq bu haqsızlıqlara son qoymaq lazımdır: "Ölkədə insan haqları ilə mübarizəni gəlib heç kimi aparmayacaq. Buna yalnız biz nail ola bilərik". Sonra çıxış sözü alan Ümid Partiyası sədrinin humanitar məsələlər üzrə müavini Səməd Hətəmov artıq ölkədəki vəziyyətin dəyişməsinin labüdlüyündən, dəyişimin xalqa nələr verəcəyindən danışıb. Bildirib ki, bu gün insanlar özləri üçün yox, övladlarının firavan gələcəyi üçün mübarizə aparmalıdırlar: "Yoxsa övladlarımız da bizim kimi zülm içində yaşayacaq. Öz dövlətinin sərvətlərindən məhrum olacaq". Ümid Partiyasının sədr müavini Aynur İmranova isə öz çıxışında ölkədə dəyişikliyin məhz Ümid Partiyası və onun sədri İqbal Ağazadə ilə mümkün olacağını bildirdi. Bu gün Ümid xalqın ümididir, Azərbaycanı bu rejimdən biz qurtaracağıq". Müşavirənin sonunda partiyanın bölgədəki fəalları çıxışlar edib, partiya rəhbərliyinə suallarını ünvanlayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA