?Qarabağ? Bloku Korupsiyaya Qarzı Mübarizə üzrə Komissiyaya müraciət edəcək

img

11-07-2012 [05:12]


Bu gün ?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanla bağlı baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. ?Qarabağ Bloku? gündəlikdə duran məsələlər sırasında ilk öncə ATƏT-in Baş katibi Lamberto Zanyerin Bakıda Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov arasında aparılmış Qarabağ problemi ilə bağlı danışıqlarda ATƏT rəsmisi tərəfindən təmas xəttində insidentlərin araşdırılması naminə snayperlərin geri çəkilməsinə dair təkliflərlə çıxış etməsini müzakirə edib. ?Qarabağ Bloku? atəşkəs rejimində təmas xəttində baş verən hadisələri və bu hadisələr nəticəsində yaranan insan təlafatını qətiyyətlə pisləyib, eyni zamanda hesab edib ki, ATƏT rəsmisinin təklifi mövcud status-kvonun saxlanmasına xidmət etdiyindən Azərbaycan tərəfindən qəbul edilə bilməz. ?Qarabağ Bloku? ATƏT-dən Dağlıq Qarabağ probleminin ədalətli həll olunması naminə yeni təkliflər gözlədiyini bildirib. ?Qarabağ Bloku? Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda səfərdə olan Avropa İttifaqının prezidenti Herman Van Rompeyin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə demokratik islahatların əsas prioritetlərdən biri olduğunu qeyd etməsini, Azərbaycanda fəal vətəndaş cəmiyyətini möhkəmləndirməyin vacibliyini bildirməsini, Aİ-nin sabit, inkişaf edən, tolerant, demokratik islahatlara və modernləşməyə sadiq Azərbaycana ehtiyac duyması ilə bağlı verdiyi bəyatını təqdir etmiş, eyni zamanda Aİ prezidentinin o cümlədən diğər Avropa və Qərb diplomatlarının Azərbaycana səfərləri zamanı müxalifət nümayəndələri ilə təmaslardan yayınmasını tənqid edib və bu cür münasibətin demokratik islahatlara xidmət etmədiyini bildirib. ?Qarabağ Bloku? eyni zamanda hesab edib ki, Aİ və digər Avropa institutları Azərbaycan hökumətini təkcə demokratik islahatlara çağırmaqla kifayətlənməməli, Azərbaycanın həmin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq islahatların həyata keçirilməsi üçün səlahiyyətləri daxilində əməli addımlar atmalı və prosesin iştirakçısına çevrilməlidirlər. ?Qarabağ Bloku? Azərbaycanda müxalifətçi fəallara qarşı zor və qeyri-insani davranış sərgiləyən Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarına ABŞ və Böyük Britaniya hökuməti tərəfindən viza verilməsinin dayandırılması barədə diplomatik mənbələrə istinadən mətbuatda gedən məlumatlara da münasibət bildirib. ?Qarabağ Bloku? belə hesab edir ki, bu addım təqdir edilməli, eyni zamanda Avropa banklarında korrupsiyaya bulaşmış Azərbaycan məmurlarının mənbəyi şübhəli olan bank hesablarının dondurulması və onların ABŞ, İngiltərə və digər Avropa ölkələrinə girişinə yasaq qoyulması ilə bağlı daha ciddi addımlar atılmalıdır. ?Qarabağ Bloku? Bakı şəhərində yerləşən zəngin tarixə malik ?Səadət? sarayının 2007-ci ildən təmirə dayandırılması və 5 il ərzində təmir-bərpa işlərinə öncə 10 milyon manat, 2008-ci ildə 12 milyon, 2009-cu ildə 4 milyon, 2010-cu ildə 16 milyon 887,6 min, 2011-ci ildə 4 milyon 156,6 min, bu il isə 2 milyon 153,8 milyon manat, üst-üstə 49 milyon 198 min manat xərclənməsini dövlət əmlakınının talan edilməsi və dəhşətli korrupsiya faktı kimi dəyərləndirib və bu faktın araşdırılması ilə bağlı Azərbaycan Respublikası Korupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyaya müraciət edilməsi ilə bağlı qərar qəbul edib. ?Qarabağ Bloku? son vaxtlar yol-nəqliyyat qəzalarının humanitar fəlakət həddinə yaxınlaşmasından ciddi narahat olduğunu bildirib və hakimiyyəti, xüsusi ilə bu sahədə məsul olan dövlət strukturlarını yol qəzaların qarşısının alınması istiqamətində kompleks tədbirlər görməyə çağırıb. ?Qarabağ Bloku? İranla-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda İranda Azərbaycan vətəndaşlarının, Azərbaycanda isə İran vətəndaşlarının narkotik qaçaqmalçılığı və casusluqda və Azərbaycanda həmçinin iranmeyilli dini icma üzvləri olan ölkə vətəndaşlarının narkotik istifadə etməkdə ittiham edilərək həbs olunmasından narahatçılığını ifadə etmiş, hər iki ölkənin hökumətlərini öz münasibətlərində dostluq və əməkdaşlıq prinsipinə hörmətlə yanaşmağa və dinc vətəndaşların qeyri-qanuni həbsinə və iztirablarına səbəb olan siyasətə son qoymağa çağırıb. ?Qarabağ Bloku? Azərbaycanda uzun illərdir həllini tapmayan siyasi məhbus məsələsini də müzakirə edib. Blok hesab edib ki, nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə sistemi formalaşdırılmayıb, nə qədər ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirməkdən daha çox cəza vermək funksiyasını daşıyır, nə qədər ki, bütün hakimiyyət qolları ilə bərabər məhkəmə hakimiyyəti də korrupsiyaya bulaşıb siyasi məhbus problemi həll olunmayacaq. ?Qarabağ Bloku? bu problemin həlli yolunun ölkədə köklü hüquqi və siyasi islahatların həyata keçirilməsindən asılı olduğunu bildirib. Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı müvafiq qurumların məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA