AiDP hakimiyyətin xarici siyasətini sərt tənqid etdi

img

10-07-2012 [07:30]


;rbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Azərbaycan iqtidarının apardığı xarici siyasəti tənqid edib. Bununla bağlı partiyanın mətbuat xidmətinə açıqlama verən T.Abbaslı deyib ki, iqtidarın barəsində bəh-bəhlə danışdığı xarici siyasətin iflasa uğradığı elə öz açıqlamalarında əksini tapır. Biri ATƏT-i tənqid edir, biri Rompuyu, digəri də bir başqasını pisləyir: ?Spiker Oktay Əsədov və müavini Ziyafət Əsgərov Avropa Birliyinin rəhbərləri ilə elə danışırdılar ki, elə bil uşaq danlayırdılar. Sanki qarşıdakı şəxslərin bizə borcu var, verməyib. Anlamırlar ki, qarşılarındakı siyasətçidir və bizimkiləri suya sussuz aparıb gətirmək imkanlarına malikdirlər. Başa düşmürlər ki, Avropa Birliyinin, NATO-nun Qarabağ münaqişəsinə münasibətində konkretliyin olmaması son 17-18 ildə aparılan xarici siyasətin iflasıdır. Oqtay Əsədov irad bildirir ki, Avropa Azərbaycandan fərqli olaraq Gürcüstana daha çox diqqət göstərir. Amma nəzərə almır ki, Gürcüstan bizdən fərqli olaraq balanslaşdırılmış siyasət həyata keçirmir. Konkret xarici yönü var və israrla bu yolda irəliləyir. Bizim iqtidar isə nə edir? Gah rusa meyllənir, gah Avropaya. Hərdən də ?biz sizə qaz veririk? deyib işini bitmiş hesab edir. Guya bu yolla balans yaradacaq və onlar da Qarabağ məsələsində balans edəcəklər. Onlar da gördüyümüz kimi, Ermənistanın tərəfini saxlamaqla balan yaradırlar. Qazımızı da alırlar, neftimizi də. Bədbəxtçiliyə bax ki, bizim hələ Türkiyə ilə münasibətlərimizdə boşluqlar var. Türkiyə iqtidarı birmənalı olaraq bizim iqtidara inanmır?. AİDP sədri hesab edir ki, Rusiyanın Qarabağla bağlı mövqeyindən dönməməsi, Avropanın və NATO-nun kəskin mövqe bildirməməsi təkcə ermənilərin qara qaşına, gözünə görə deyil, həm də Azərbaycanın kəskin mövqe sərgiləməməsi, balanslaşdırma siyasətindən əl çəkməməsi ilə bağlıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA