ümid Partiyası regional müzavirə keçirdi

img

10-07-2012 [02:18]


Ötən gün Ümid Partiyası sədrinin Siyasi məsələlər üzrə müavini Bakir Həsənbəylinin, Seçki və Təbliğat məsələləri üzrə müavini Taleh Əliyevin və Ali Məclis sədrinin müavini Anar İsayevin iştirakı ilə Masallı rayonunda partiyanın Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad RT-lərinin rəhbərliyinin iştirakı etdiyi regional müşavirə keçirilib. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, respublikadakı ictimai-siyasi vəziyyətlə bağlı çıxış edən Ümid Partiyası sədrinin Siyasi məsələlər üzrə müavini B.Həsənbəyli insanların sosial-iqtisadi vəziyyətinin ağırlığı, məhkəmə-prokurorluq sistemindəki özbaşınalıqlar, hərbi-polis rejiminin vətəndaşlarla ən qəddar formada davranması, şərləmə siyasəti, rüşvətin idarəçilik mexanizminə çevrilməsi, sosial yardımların verilməsində ədalətlilik prinsipinin məqsədli şəkildə pozulması, ölkə təhsilindəki, səhiyyəsindəki qanunsuzluqların səbəbləri, yürüdülən yanlış beynəlxalq siyasətin nəticəsi olaraq Qarabağ probleminin həllinin də, artıq bu iqtidarın iradəsindən kənarda olması ilə bağlı geniş siyasi məruzə edib. B.Həsənbəyli bidirib ki, Ümid Partiyası bu iqtidara fazalı demokratiyaya keçidlə bağlı zaman-zaman konsepsiyalar təqdim edib: ?Partiyamızın lideri, millət vəkili cənab İqbal Ağazadənin Milli Məclisin tribunasından bu hakimiyyətə davamlı, ardıcıl çağırışları olub. Ümid partiyası ölkədəki siyasi sabitliyin pozulmasının, ərəb inqilablarının formasının ölkəmizdə təkrar olunmasının əleyhinədir. Biz bu iqtidarı dəyişəcəyik. Bu iqtidara növbəti mesajımızı da məhz Cənub bölgəsindən veririk. Özünüzə, hərəkətlərinizə çəki düzən verin?. Ümid partiyası sədrinin Seçki və Təbliğat məsələləri üzrə müavini T.Əliyev partiyanın seçki strategiyası ilə bağlı məruzə edib. O, 2013-cü ildə keçirilməsi nəzədə tutulan prezident seçkilərində partiyanın tətbiq edəcəyi yeni siyasi texnologiya ilə bağlı müşavirə iştirakçılarına geniş məlumat verib. Sonda müşavirə iştirakçılarını maraqlandıran suallara cavab verilib. Partiya rəhbərliyi rayon təşkilatlarının payızda keçirilməsi nəzərdə tutulan regional mitinqlərə hazır olmaları ilə bağlı tapşırıqlar da veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA