Deputatlarımız Gürcüstana gedir

img

07-07-2012 [01:39]


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Asəf Hacıyev ?Avropa İttifaqı və onun avropalı qonşuları? adlı IX Beynəlxalq konfransda iştirak etmək üçün iyulun 9-da Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə Avropa Birliyindən, Şərqi Avropa və Türkiyədən parlament və hökumət nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qoşulacaqlar. Konfransda Avropaya inteqrasiya prosesinin perspektivləri müzakirə olunacaq. Şərq Tərəfdaşlığı ölkələrində siyasi və sosial islahatlar, demokratik transformasiya, iqtisadi inkişaf, regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Səfər iyulun 12-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA