Lalə Şövkətin ölkədən getməsi ilə bağlı xəbər yayıldı, Əvəz Temirxan təkzib elədi

img

07-07-2012 [01:26]


Azərbaycan Liberal Partiyasının lideri, tanınmış siyasi xadim Lalə Şövkət Hacıyeva ölkədən köçüb. Bu barədə məlumat GUNDEMİNFO.AZ-a adıçəkilən parityadan verilib. Məlumata əsasən son bir ildə heç bir siyasi partiya lideri ilə təmaslar qurmayan, tədbirlərə qatılmayan xanım partiya lideri əslində ölkəni tərk etmək üçün hazırlıqlar görürmüş. Məlumata əsasən Lalə Şövkət artıq ALP-nin qərargah kimi istifadə etdiyi şəxsi mənzilindən də imtina edib. Və bu mənzilini partiya üzvlərindən birinin adına rəsmiləşdirərək ondan imtina edib. Bundan başqa bildirilir ki, sabiq dövlət katibi Azərbaycanı tərk edərək Rusiyanın paytaxtı Moskvaya köçüb. Saytımıza məlumat verən mənbə iddia edir ki, yaxın zamanlarda xanım Şövkət bəyanatla çıxış edərək siyasətdən getdiyini də bildirəcək. Məsələylə bağlı MİA-ya açıqlama verən ALP sədri Əvəz Temirxan Lalə Şövkətin ölkədən getməi ilə bağlı məlumatın həqiqəti əks etdirmədiyini deyib: "Mən elə bu dəqiqə Lalə xanımgilə gedirəm və o, hazırda Bakıdadır. Görünən odur ki, Lalə Şövkətin varlığı bəzi adamları narahat edir, ona görə də bu cür dezinformasiyalar yayırlar. Əminliklə deyə bilərəm ki, Lalə Şövkət Azərbaycanda demokratiyanın və milli barışığın yaranması üçün sona qədər mübarizə aparacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA