ispaniyanın finaldakı rəqibi italiya oldu

img

29-06-2012 [03:14]


Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin növbəti oyunu baş tutub. Son Avropa çempionatının finalçısı Almaniya millisi bu mərhələdə İtaliya yığması ilə qarşılaşıb. Ardıcıl qələbələri ilə diqqət çəkən Bundestim bu oyunun da əsas favoriti hesab olunurdu. Lakin İtaliya millisi də 12 il (2000) sonra yenidən finala yüksəlmək niyyətində idi. Almaniya millisinin buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğururdu. Lakin ilk hissədə rəqibini 2 dəfə məyus edən İtaliya fasilədən sonra qapısında bir top görüb. Bununla belə, qələbə hesabını qorumağı bacaran İtaliya millisi 12 il sonra yenidən finala yüksəlib - 2:1. Qeyd edək ki, İtaliya millisi həlledici görüşdə İspaniya yığması ilə qarşılaşacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA