Balotelli: ?Hakim bədənimi qısqandı!?

img

30-06-2012 [07:28]


Qalmaqallı hərəkət və açıqlamaları, gözəl oyunu ilə adından hələ 20 yaşından söz etdirməyi bacaran İtaliya millisinin üzvü Mario Balotelli Almaniyaya vurduğu iki qoldan sonra nədən sarı kart almasına şərait yaratmasına dünən maraqlı cavab verib. İtaliya mətbuatına istinad edən Türkiyə mətbuatı yazır ki, 22 yaşlı ulduz ?Sarı kartı bilə-bilə formanı niyə çıxardın? sualına çox ilginc cavab verib: ?Düşünürəm ki, bəziləri vücudumu qısqandı, ona görə kart göstərdi?. 22 yaşlı ulduz təkcə belə açıqlamaları ilə təəccüblər yaratmır. Onun son üç ildə yaşadığı bəzi maraqları anlar sətirlər başlıqları ilə oxucularla paylaşılıb: - Məşq sahəsi yaxınlığında avtomobil qəzası törədərkən, polis italyan ulduza nədən arxa cibində 5 min funt-sterlinq gəzdirdiyini soruşub. Mario isə belə cavab verib: ?Çünki zənginəm?. - Evinin hamamında hava fişəngi atır. Nəticədə ev od alır. O isə sakitcə evi tərk edir və kənardan yanğına tamaşa edir. - Yeni ildə ?Mançester? küçələrində Şaxta Baba paltarı geyib, gəlib-gedənlərə pul paylayıb. - İngiltərədə bir bara girib, bütün adamların hesablarını ödəyib və sair.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA