Qarabağ Bloku AŞPA-nı qeyri obyektiv adlandırdı

img

20-06-2012 [04:32]


Bu gün, Ümid Partiyasının mənzil qərərgahında Qarabağ Bloku İdarə Heyətinin növbəti iclası keçrilib. İclasda ATƏT-in Minski Qrupunun həmsədr ölkə prezidentlərinin G 20-in sonuncu samitində Qarabağ münqaişəsinin həllinə dair verdikləri birgə bəyanat müzakirə edilib. Tədbir iştirakçıları sözü gedən bəyanatı Qarabağ münaqişəsinin ədalətli həllinə adaekvat sənəd olmadığını vurğulayaraq bildiriblər ki, həmsədr ölkələrin prezidentləri tərəfləri sülh prosesinə dəvət etməzdən öncə təcavükarın əməllərini bisləsinlər və bundan sonra münaqişənin ədalətli həlli üçün tərəflərə çağrış etsinlər. İdarə Heyətinin iclasında son günlər yenidən gərginləşən Azərbaycan Türkmənistan münasibətləridə müzakirə olunub. İclas iştirakçıları səbəbindən aslı olmayaraq iki qardaş xalq arasında süni problemlərin qabardılması ilə gərginliyin yaradılmasının yolverilməz olduğunu vurğulamışlar. Hər iki ölkənin hakimiyyətlərinə dil,din, mədəniyyət və adət-ənənələri eyni olan qardaş xalqlar arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonrada inkişaf etdirilməsi üçün çağrış edilməsini zəruri saymışlar. İclasda həmçinin son zamanlar Naxçıvan MR-ə verilən əlavə statusların Ölkəmizin unitarlığı ilə üst-üstə düşmədiyi xususilə vurğulanmış və bundan dolayı ciddi narahatlıq ifadə edilmişdir. Daha sonra iclas iştirakçıları AŞPA-nın Monitorinq Komitəsinin son hesabatının Azərbaycandakı realığı əks etdirmədiyi və digər Avropa qurumlarının ? Avropa Parlamentinin və nüfuzlu beynəlxalq təşkilatların- Freedom House-un son hesabatları ilə də ziddiyyət təşkil etdiyini vurğulamışlar. Sonda ADP Saatlı r-n şöbəsinin üzvü, jurnalist İlham Süleymanovun qanusuz həbs olunması məsələsi müzakirə olunmuş və hakimiyyətdən jurnalistin tezliklə sərbəst buraxılması tələb edilmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA