ACP hakimiyyətdən gələn təklifə ?hə? deyəcək

img

19-06-2012 [11:35]


Sülhəddin Əkbərin Açıq Cəmiyyət Partiyasına sədr gəlməsində sonra partiyada bir sıra dəyişikliklər baş verib. Bu günlərdə ACP İdarə Heyətinin növbəti toplantısında təşkilatın sədri Sülhəddin Əkbər özünə müavinlər təyin edib. Belə ki, 2009-cu ildə ACP-dən çıxarılan keçmiş deputat, Rəsul Quliyevin müşaviri olmuş Zəminə Dünyamalıyeva toplantıda partiya üzvlüyünə bərpa olunub və sədrin təşkilati işlər üzrə müavini təyin edilib. ACP-nin əvvəlki sədri Vaqif Mahmudov siyasi məsələlər, keçmiş müsavatçı Kəramət Salayev isə gənclərlə iş üzrə müavin təyin olunublar. Müsavat Partiyasından istefa verən Meydan Babayev isə ACP sıralarına rəsmən qəbul edilib və təşkilat şöbəsinin müdiri təyin olunub. Qeyd edək ki, Z.Dünyamalıyeva V.Mahmudovun sədrliyi dönəmində partiya rəhbərliyinə qarşı davamlı tənqidi fikirlər səsləndirdiyinə görə ACP-də çıxarılmışdı. Bu və ya digər məsələlərlə bağlı açıqlama verən Zəminə xanım söhbətə öncə ACP-yə qayıtmasından başladı: ?Mən ACP-dən özbaşıma getməmişdim, öz başıma da qayıtmadım. O vaxt ACP-dən məni yola saldılar ki, get, idi də dəvət elədilər ki, gəl. Yəni etiraf böyük adamların işidir. Ona görə də, mən olanı deyirəm. Görünür, ACP-də mənim yerimin olduğunu dərk elədilər, hesab etdilər ki, mən orda olmalıyıam. Dəvət elədilər, qayıtdım?. Qeyd edək ki, Sülhəddin Əkbər ACP-nin yaranmasında və formalaşmasında iştirak etməyən şəxslərdəndir, amma birdən-birə partiyaya sədr gətirildi. Onun bu transferi bir çoxları tərəfindən birmənalı qarşılanmasa da, Z.Dünyamalıyenva bu dəyişikliyi müsbət qiymətləndirir: ?ACP-nin yaranmasında iştirak edən şəxslər çox idi, amma onların da lider olmaq şansı yox idi. Yəni partiya lideri olmaq sıradan bir adamın işi deyil. ACP yarandı bir neçə sədri oldu. Mən keçmişə qayıdıb hansısa mətləblərə toxunmaq istəmirəm. Sadəcə olaraq, demək istəyirəm ki, ACP-nin formalaşması, istədiyimi partiya olması üçün ona təcrübəli, liderlik xarizması olan bir rəhbər lazım idi. Hesab edirəm ki, o şəxsin ACP-nin yaranmasında iştirak edib-etməməsi vacib şərt deyil. Düşünürəm ki, indi ACP layiqli sədrini tapıb və inkişafı da yaxşı olacaq. Şəxsən mənim buna böyük ümidim var?. Bir məqamı da vurğulamaq lazımdır ki, Z.Dünyamalıyeva hər zaman ACP daxilində müxalif obrazında olub. Maraqlıdır görəsən, o, yenə də məqamı gələndə analoji çıxışlar edəcəkmi? Zəminə xanım təəssüflə bildirib ki, onun tənqidi çıxışlarının əsas məqsədi düzgün başa düşülməyib: ?Mən təəssüf edirəm ki, Azərbaycanın bütün sahələrində olan qüsurlar jurnalistikasında da var. Görünür, açıq söz deyən adam çox azdır, ona görə də bu cür çıxış edən kimi, adamı müxalif, dedi-qoduçu adlandırırlar. Mənim dediyim fikirlərin əsas olmasa idi, onda məni müxalif də, dedi-qoduçu da adlandırmaq olardı. Amma məsələ ondadır ki, mən hər zaman gördüyümü və həqiqət bildiyimi demişəm. Bütün bunlar ictimaiyyətin, o cümlədən də jurnalistlərin gözü qarşısında baş vermişdi. Bəli, o vaxt ACP yarandı, amma onun formalaşması üçün hər hansı bir fəaliyyət ortada olmadı. Akif Şahbazov deputat olub, icra orqanlarında mühüm vəzifə tutan şəxs olub. Yəni, bu adam icraçılığı daha çox bacarırdı, nəinki siyasi liderliyi. Bu həqiqəti deyəndə mən niyə müxalif, dedi-qoduçu olmalıyam? ACP yeni yaransa da, biz o nöqsanları deməliydik ki, onları aradan qaldıraq. Zəminədən başqa bu nöqsanları heç kim görmədiyi üçün ACP yarandı və zəif olaraq qaldı. Akif Şahbazovla çox yaxşı münasibətimiz olub. Neçə il ADP-də bir yerdə olmuşuq hər zaman qarşlıqlı hörmət saxlamışıq. Sadəcə olaraq, kimsə vəzifəyə gələndə onun barəsində fikir söylənilir. Məsələ orasındadır ki, insan olan yerdə nöqsan da var. Sadəcə olaraq, nöqsanı düzəltmək əvəzinə, nöqsanı deyəni qəbahətli adam kimi sayırlar. Bizim qüsurumuz da budur. Mənim Akif Şahbazova da, Vaqif Mahmudova da hörmətim var, ancaq zamanında onların fəaliyyəti məni qane etməyib, mən də öz sözümü demişəm?. Yeni rəhbərlik barədə fikirlərini bizimlə bölüşən müsahibimiz Sülhəddin Əkbərin partiyaya gəlməsini çox normal qarşıladığını deyib. Onun sözlərinə görə, bundan sonra ACP-nin ciddi bir təşkilata çevrilməsi üçün şans yaranıb və bundan istifadə etmək lazımdır. Qed edək ki, mətbuatda ACP-yə hakimiyyət daxilindən hansısa qüvvələrin dəstək verməsi ilə bağlı məlumatlar yer almaqdadır. Z.Dünyamalıyevanın bu barədə sualımıza cavabı maraqlı oldu: ?Qoy, bir bismillah edək, sonra əlhəmdülillah edək də. Hələlik hakimiyyət tərəfdən ACP-yə gələn yoxdur. Bəlkə də gələcəkdə hakimiyyətdən də kimlərsə dəstək verəcək, bu, istisna olmamalıdır. Məsələn, mən indiyə qədər iqtidarda qalmış olsaydım, ACP-yə dəstək verərdim. Əgər hakimiyyətdən kimsə partiyamıza dəstək verərsə, ona müsbət yanaşaram?. #351;#601;k, bu, istisna olmamal

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA