üMiD Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib

img

19-06-2012 [07:40]


ÜMİD Partiyası Rəyasət Heyətinin genişləndirilmiş toplantısı keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, bölgələrə edilən səfərlərin nəticələri müzakirə olunub. Eyni zamanda yay mövsümündə partiyada görüləcək işlər və qarşıda duran məsələlər müzakirə olunub. Bölgələrə səfərlərlə bağlı qərb bölgəsində səfərdə olmuş Partiya sədrinin Təşkilat Məsələləri üzrə müavini Rəfail Tağızadə, Göyçay rayonunda səfərdə olmuş Partiya sədrinin Təbliğat və Seçki Məsələləri üzrə müavini Taleh Əliyev məlumat veriblər. Toplantıda bölgələrə səfərlər qənaətbəxş hesab olunub. Qərara alınıb ki, bu tipli səfərlər mütəmadi həyata keçirilsin. Partiyanın sədri İqbal Ağazadə müavinlik və şöbələrinn işi ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA