ümid Partiyası Göyçayda konfrans keçirdi

img

19-06-2012 [12:14]


gn=left]2010/umid-partiyasi.jpg[/libt] Göyçay rayonunda Ümid Partiyasının yerli təşkilatının növbəti konfransı keçirilib. Konfransda təşkilati məsələlər, ölkədəki ictimai-siyasi durum və ÜMİD Partiyasının növbəti qurultayına nümayəndələrin seçilməsi müzakirə olunub. İlqar Yusifov Ümid Partiyasının Göyçay Rayon Təşkilatının yeni sədri seçilib. Eyni zamanda İlqar Məhərrəmli Partiyanın Göyçay Rayon Təşkilatının Ali Məclisinin sədri seçilib və qurultay nümayəndələri müəyyən olunub. Konfransda Ümid Partiyasının Mərkəzi Aparatının nümayəndələri də iştirak edib. Partiya sədrinin Seçki və Təbliğat məsələləri üzrə müavini Taleh Əliyev, İctimaiyyətlə Əlaqələr üzrə müavin Aynur İmranova və İqtisadi məsələlər üzrə müavin Razi Abasbəyli çıxış ediblər. Sonda konfrans iştirakçılarını maraqlandıran sual ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA