ADP Ziya Məmmədovu korrupsiyada ittiham edir

img

18-06-2012 [05:22]


Bu gün ADP idarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri böyük insan itkilərinə yol açan və getdikcə daha şiddətli forma alan Suriya hadisələrindən ciddi narahat olduğunu bir daha bildirib və beynəlxalq gücləri bu qanlı olayların baş memarı olan B.Əsəd rejimini durdurmağa və humanitar fəlakətin yaşandığı Suriyaya beynəlxalq intervensiya edilməsinə çağırıb. İdarə Heyəti üzvləri Misirdə keçirilən seçkilərdə ?Müsəlman qardaşları?nın qələbəsini müsbət dəyərləndirsə də bu ölkədə demokratik qüvvələrin hakimiyyətə gələ bilməməsinin əsas səbəbinin Qərbin, xüsusilə də ABŞ-ın Misirdə olan demokratik qüvvələrə zamanında dəstək verməməsi olduğunu bildirib və beynəlxalq təşkilatları avtoritar rejimlərə qarşı mübarizə aparan xalqların yanında yer almağa çağırıb. AŞ PA-nın ölkəmiz üzrə həmməruzəçilərinin Azərbaycana dair hazırladıqları ilkin hesabatın nəticələrinə qiymət verən partiya yetkililəri bu hesabatın Azərbaycan gerçəkliklərini düzgün əks etdirmədiyini qeyd edib, ölkəmizdə insan hüquq və azadlıqlarının, söz, mətbuat və sərbəst toplaşma azadlıqlarının kobud şəkildə pozulmasına baxmayaraq, bu sahələr üzrə baş verən hüquq pozuntularına göz yumulduğunu diqqətə çəkib və bütövlükdə AŞ PA-nın Azərbaycanla bağlı fəaliyyətini qeyri-qənaətbəxş hesab edib. İdarə Heyəti üzvləri ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya səfərinin nəticələrinə münasibət bildirib və ATƏT sədrinin növbəti seçkilərin beynəlxalq nəzarət altında keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatını müsbət dəyərləndirsə də, əsas diqqətin seçkiqabağı mühitin yaxşılaşdırılması və ədalətli seçkilərin keçirilməsinə zəmin yaradılmasına yönəltməyin vacibliyini bildirib. İdarə Heyəti ?Evrovision? Mahnı Müsabiqəsindən sonra hakimiyyətin müxalif siyasi düşərgəyə, azad söz və mətbuat azadlığına qarşı aqressiv münasibət bəsləməsindən, jurnalistləri təhdid altında saxlaması və həbsə atmasından ciddi narahat olduğunu bildirb və beynəlxalq təşkilatları hakimiyyətin ölkəmizdə insan hüquq və azadlıqlarının boğulmasına yönəlik hərəkətlərinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırıb. İdarə Heyəti dinc aksiyalarda iştirak edən vətəndaşlara xüsusilə ADP Gənclər təşkilatının sədri Cəmil Hacıyevə onun bacısı, ADP Binəqədi RT-nın Təşkilat Komitəsinin sədri Şəhla Hacıyevaya, ADP Gənclər Təşkilatının fəalları - Rəsul Mürsəlova, Osman Əhmədova, İlham Həziyevə, Azər Sadıxova, Faiq Seyidova, Cavid Əsgərova, Lalə Haqverdiyevaya, Könül Əsgərovaya, Gülsurə Məmmədovaya və onların ailə üzvlərinə qarşı təqib kampaniyasını pisləyib, onların polis orqanlarına çağırılaraq təhdid edilməsini, ADP Saatlı RT-nın fəalı jurnalist fəaliyyəti ilə məşğul olan İlham Süleymanova qarşı saxta və qondarma ittihamla cinayət işinin açılmasını və həbs olunması faktlarını qətiyyətlə pisləyib və hakimiyyəti ölkədə başlatdığı repressiyalara son qoymağa çağırıb. İdarə Heyəti üzvləri Yunanıstan və Fransada keçirilən seçkilərin birbaşa və dolayı olaraq Azərbaycana təsiri baxımından bu hadisələrin diqqətdə saxlanılmasının vacibliyini diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Rusiya müxalifətinin vahid cəbhədə birləşməsini müsbət hal kimi dəyərləndirib və dünya dövlətlərini bu ölkədə yaşanan demokratik proseslərə dəstək omağa çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar ölkədə korrupsiya və rüşvətxorluq faktlarının genişlənməsindən, yol, körpü və başqa tikililər adı ilə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsindən, ölkəyə daxil olan malların həcminin gömrük orqanlarında gizlədilməsindən ciddi narahat olduğunu bildirib və hüquq mühafizə orqanlarını bu istiqamətdə təxirə salınmaz tədbirlər görməyə və günahkar şəxsləri cəzalandırmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA