?Xəzər Lənkəran? Kiyev ?Dinamo?su ilə qarzılazacaq

img

18-06-2012 [12:41]


Hazırda Avstriyada təlim-məşq toplanışında olan ?Xəzər Lənkəran? Ukraynanın məşhur Kiyev ?Dinamo?su ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, bu haqda informasiyanı Kiyev klubunun rəsmi saytı yayıb. Saytın məlumatına görə, Lənkəran klubu kimi hazırda Avstriyada toplanış keçən Kiyev klubunun məşqçilər korpusu komandanın hazırlıq planında dəyişiklik edib. Belə ki, iyunun 20-də Rusiyanın ?Rubin? klubu ilə qarşılaşacaq kiyevlilər daha sonra başqa rəqiblə üz-üzə gəlməliydilər. Lakin sonradan planlar dəyişib və sparrinq rəqib kimi Azərbaycanın vitse-çempionu ilə razılıq əldə olunub. Qarşılaşma iyunun 20-22-si aralığında keçiriləcək. Qeyd edək ki, bu, Lənkəran klubunun tarixində ?Dinamo? ilə ilk qarşılaşma olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA