Fransa - ingiltərə matçında 2 qol, amma qalib yox!

img

11-06-2012 [10:53]


Bu gün AVRO-2012-də D qrupunun açılış matçında meydana qrupun favoritləri Fransa ilə İngiltərə milliləri çıxıblar. Komandalr hərəyə bir qol vurmaqla, mübarizədən sülhlə ayrılıblar. 30-dəqiqədə Steven Gerrardın ötürməsini Joleon Leskott qola çevirib. İngilislərin bu üstünlüyü cəmi 9 dəqiqə çəkib. 39-cu dəqiqədə Frank Riberinin ötürməsini Samir Nasri qapı torundan keçirib. İkinci hissədə daha çox istəkli görünən fransızlar qol axtarsalar da, rəqib buna imkan verməyib. Qarşılıqlı hücumların, gərgin anların zəngin olduğu oyun 1-1 hesabı ilə başa çatıb. Bu qrupun digər komandası Ukrayna millisinin rəqibi İsveç olacaq. Turun son görüşünü qonşu Türkiyədən olan hakim Cüneyt Çakır idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA