ibrahimoviç: "Bu məğlubiyyəti haqq etmədik"

img

17-06-2012 [02:01]


İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç dünən İngiltərə ilə keçirilən görüş haqda fikirlərini bölüşüb. "TV4"ə danışan isveçli futbolçu bu məğlubiyyəti haqq etmədiklərini bildirib: "İngiltərə ilə görüşdə 0:1 hesabı ilə geri düşdükdən sonra fantastik oynadıq və 2 qol vurmağı bacardıq. Lakin təəssüf ki, bu hesabı qoruya bilmədik və şansız şəkildə məğlub olduq. Belə məğlubiyyəti haqq etmədik. Bununla belə, sonadək mübarizə apardığımız üçün komandamla fəxr edirəm". Qeyd edək ki, "Avro-2012"də ikinci matçında İngiltərəyə 2:3 hesabı ilə məğlub olan İsveç millisi qrupdan çıxmaq şansını tamamilə itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA