Portuqaliya yığmasında dava düzdü

img

24-06-2012 [03:19]


AVRO-2012-nin 1/4 finalında Çexiyanı mübarizədən kənarlaşdıran Portuqaliya yığmasının düşərgəsində dava düşüb. Belə ki, komandanın iki ulduzu ? Rikardo Quarezma və Migel Lopes arasında gərginlik yaşanıb. Yayılan xəbərlərə görə, məşqdə Lopes Quarezmaya qarşı sərt oynayıb. Bu zaman ?Beşiktaş?ın ulduzu komanda yoldaşının üzərinə hücum edib. Yumruq davasının qarşısını futbolçular və məşqçilər çətinliklə alıb. Olaydan sonra baş məşqçi Paulo Bento məşqi dayandırmalı olub. Hər iki futbolçu ilə təklikdə söhbət edən baş məşqçinin onları cəzalandıracağı gözlənilir. Olayla bağlı açıqlama verən yığmanın digər üzvü Rikardo Koşta bunları deyib: ?Quarezma və Lopes arasında yaşanan olay önəmsiz hadisədi və böyütmək lazım deyil. Məşqdə bu kimi hadisələrin yanaşması normaldı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA