Ukrayna Fransanın qarzısında diz çökdü

img

16-06-2012 [12:30]


Bu gün 2012-ci ilin futbol üzrə Avropa çempionatında ikinci turun növbəti oyunları başlayıb. D qrupun ilk oyununda Ukrayna Fransa millisi ilə qarşılaşıb. Xatırladaq ki, Donetsk şəhərində keçirilən oyun şiddətli yağış səbəbindən 1 saat yarımçıq dayandırılıb. Belə ki, oyunun 6-cı dəqiqəsində Ukraynanın hücumu zamanı Hollandiyadan olan hakim Byorn Karrets oyunu saxlayıb. Bakı vaxtı ilə saat 21.00-da başlayan oyunda təxminən bir saata yaxın fasilə olub. Meydan xüsusi avadanlıqlarla təmizləndikdən sonra oyun davam edib. Oyunun 53-cü dəqiqəsində Fransa yığmasının oyunçusu Jeremy Menez komandasını önə çıxarıb. Bu qoldan 3 dəqiqə sonra Yohan Cabaye hesabı 2:0-a çatdırıb. Bununla da Fransa bu çempionatda ilk qələbəsini qazanıb. Ukrayna millisi də ilk dəfə məğlub olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA