Yunanlar rusları, çexlər isə polyakları ?əzdi?

img

17-06-2012 [12:27]


AVRO-2012-nin final mərhələsində ilk 1/4 finalçılar müəyyənləşib. Qrup mərhələsinin III turunun start götürdüyü gündə meydana A qrupunun komandaları çıxıb. Bütün komandaların növbəti mərhələ şansını saxladığı qrupda yerlərin bölgüsü məhz son turun oyunlarından asılı idi. Əvvəlki oyun günlərindən fərqli olaraq bu gündən etibarən hər 2 matç eyni vaxtda başlayırdı. Baş hakim Kreyq Tomsonun (Şotlandiya) idarə etdiyi Çexiya-Polşa oyunu Vrotslavın ?Miyejski? stadionunda baş tutub və 0:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Komandalar aşağıdakı heyətlə (ilk 11) çıxış ediblər: ÇEXİYA: Çex, Selassi, Sivok, Kadlets, Limbersiki, Hübşman, Plasil. Yiraçek, Rositski, Pilar. Baroş POLŞA: Şesnı, Pişek, Vasilevski, Perkis, Beniş, Dudka, Polanski, Blaşikovski, Muravski, ObranyaK. Levandovski Yunanıstan-Rusiya oyununu isə baş hakim Yonas Eriksen (İsveç) idarə edib və oyun Varşavadakı milli stadionda baş tutub. Matç Yunanlstan millisinin minimal hesablı qələbəsi ilə (1:0) başa çatıb. A qrupu 1. Çexiya 3 2 0 1 4-5 6 2. Yunanıstan 3 1 2 1 2-3 4 3. Rusiya 3 1 1 1 5-2 4 4. Polşa 3 0 2 1 2-3 2 Beləliklə, A qrupundan AVRO-2012-nin 1/8 mərhələsinə Çexiya və Yunanıstan komandası adlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA