ADP gənclərinə tapzırıq verdi: "Rəsmi çağırız olmadan polisə getməyin"

img

14-06-2012 [09:32]


?Evrovision? Mahnı Müsabiqəsindən sonra hakimiyyət orqanları demokratik düşərgənin nümayəndələrinə, o cümlədən ADP-çi gənclərə qarşı yeni təqib kampaniyasına start verib. Belə ki, aprel-may aylarında İctimai Palatanın keçirdiyi kütləvi aksiyalarda fəal iştirak edən ADP-çi gənclərin evinə mülki və polis formasında şəxslər gəlir, onların ailə üzvlərinə təzyiqlər edilir, polis idarələrinə gəlmələri tələb olunur. May ayının sonunda həbsdən çıxmış ADP Gənclər təşkilatının sədri Cəmil Hacıyevın yaşadığı mənzil polis əməkdaşları tərəfindən nəzarətə götürülüb, bir nəfər mülki formalı Qabil adlı şəxs özünü Cəmilin dostu kimi qələmə vermiş, Cəmilin onlarla getməli olduğunu deyib. 14 iyun tarixində C.Hacıyev Səbail Rayon Prokurorluğuna çağırılıb və prokurorluqda o, mitinqdə iştirakı ilə bağlı sorğu-sual edilib. Cəmil Hacıyevin bacısı, ADP Binəqədi RT-nın Təşkilat Komitəsinin sədri Şəhla Hacıyeva da İTV-nin qarşısında keçirilən aksiyada iştirak etdiyinə görə Yasamal Rayon Polis İdarəsinin Şamil adlı əməkdaşı tərəfindən idarəyə çağırılıb. 13 iyun tarixində Şəhla Hacıyeva təkrarən telefon vasitəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinə Əli Vəliyev adlı şəxs tərəfindən çağırılıb. Cəmil Hacıyevın ailəsinə edilən təqiblər onun xəstə anasının səhhətində ciddi problemlər yaradıb. Eyni hallar ADP Gənclər Təşkilatının üzvü Rəsul Mürsəlova qarşı tətbiq edilib. Bir gün əvvəl polislər Rəsul Mürsəlovun Zaqataldakı mənzilinə gedərək onu axtarıblar. İyulun 8-də ADP-nin qərargahı qarşısında mülkü geyimlilər tərəfindən saxlanılaraq 18 polis bölməsinə aparılmışdır, oradan isə 16-ci polis bölməsinə aparılmış və orada ona qarşı zor tətbiq edilib. Xətai rayonunda qeydiyyatda olan ADP fəalı Osman Əhmədova qarşı eyni təzyiqlər davam edir. Beləki 34-cü polis bölməsinin əməkdaşı Namiq Rəhimov onun 24 mayda İTV qarşısındakı mitinqdə iştirakına görə tənbeh edəcəyini və onunla bağlı profilaktik tədbirlər görəcəyini bildirir. Onun yaşadığı mənzilə bir neçə dəfə polis əməkdaşı gələrək, Osmanın harada olmasını soruşaraq ailə üzvlərini təhdid etmişlər. Belə hallar ADP Gənclər təşkilatının Saatlı rayonundan olan fəalı İlham Həziyev ailəsinə qarşıda törədilib. ADP Gənclər Təşkilatının üzvü Azər Sadıxovun qardaşına Astara RPİ-nin rəisi zəng edərək onu hədələmiş və qardaşının mobil telefonunu verməsini tələb etmişdir. , ADP Gənclər Təşkilatının fəalı Faiq Seyidovun evinə bir neçə dəfə Nərimanov Rayon Polis İdarəsindən zənglər edilərək ailə üzvləri təhdid olunmuş Faiqin polis idarəsinə gəlməsi tələb olunub. Onun yaşadığı mənzilə bir neçə dəfə anonim zənglər edilmiş, evdə olan həyat yoldaşına hədə-qorxu gəlinərək Faiqin harada olması barədə məlumat istənilmişdir. ADP Gənclər Təşkilatının fəalı Cavid Əsgərovun da yaşadığı və qeydiyyatda olduğu ünvana bir neçə dəfə mülki formalı şəxslər gələrək onu axtarmışlar. Onun atasına və ailə üzvlərinə qarşı təqiblər olunmuş, Cavidin polis idarəsinə gəlməsi tələb olunmuşdur. Əks halda zorla polisə aparacaqlarını bildirmişlər. ADP Gənclər Təşkilatının fəalı Lalə Haqverdiyevaya qarşı da təqiblər davam etməkdədir. Onun yaşadığı mənzilə anonim zənglər gəlir, onun Binəqədi Rayon Polis İdarəsinə gəlməsi tələb olunub. Xatırladaq ki, adları qeyd olunan ADP-çi gənclər kütləvi aksiyaların fəal iştirakçısı olub, aksiyalarda iştirakları zamanı dəfələrlə polis və mülki geyimli şəxslər tərəfindən zorakılığa məruz qalmış, əksəriyyəti məhkəmə orqanları tərəfindən inzibati qaydada həbs olunmuşdur. ADP rəhbərliyi rəsmi çağırış olmadan polis orqanları tərəfindən edilən telefon zəngləri əsasında polis idarələrinə getməmələri ilə bağlı gənclərə tapşırıq verib. #601;ncl#305;n#601;n edil

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA