Müsavat üzvü həbs olundu, partiya bəyanat verdi

img

14-06-2012 [04:48]


Müsavat Partiyası partiyanın Qaradağ rayon təşkilatının üzvü Sakit Əmiralıyevin polis tərəfindən həbs edilməsini pisləyən bəyanat verib. Bəyanatda Müsavat Partiyası gənc fəalın dərhal azadlığa buraxılmasını tələb edir. Bəyanatda həmçinin bildirilib ki, Sakit Əmiralıyev iyunun 12-si axşam saat 11.00 radələrində Qaradağ Polis İdarəsinin əməkdaşları tərəfindən əlləri qandallanaraq həbs olunub. Polis S.Əmiralıyevin həbsindən sonra onun iki gün öncə icarəyə götürdüyü kafedə qanunsuz olaraq axtarış aparıb. Həmin saatlarda kafedə olan S.Əmiralıyevin qardaşı Səbuhi Əmiralıyevin hərəkətləri polis tərəfindən məhdudlaşdırılıb. Polisin axtarışları nəticəsində S.Əmiralıyevin icarəyə götürdüyü kafedən müəmmalı şəkildə üç kibrit qutusu həcmində narkotik maddə ?tapılıb?. Bəyanatda qeyd olunur ki, S.Əmiralıyev və ailə üzvləri Qaradağ rayonunun aktiv müsavatçılarındandır: ?O, Müsavat Gənclər Təşkilatının Qaradağ özəyinin üzvü və müxalifətin təşkil etdiyi mitinqlərin aktiv iştirakçılarındandır. Müsavat Partiyası hesab edir ki, S.Əmiralıyevin həbsi siyasi xarakterlidir və hakimiyyətin sifarişi ilə həyata keçirilib?. Müsavat Partiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, S.Əmiralıyevin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA