?Qarabağ? Bloku da hakimiyyətə baz qaldırdı

img

13-06-2012 [06:55]


Bu gün ?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanla bağlı baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. Toplantının gündəliyində ABŞ Xarici siyasət idarəsinin rəhbəri H.Klintonun Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana etdiyi səfərin yekunlarından tutmuş, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması, həmçinin, ?İnformasiya əldə etmək haqında?, ?Hüququ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında?, ?ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında? Qanunlara edilən dəyişilikləri və ?Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin genişləndirilməsi haqqında? ölkə başçısının verdiyi sərəncamlar da müzakirə edib. Blokun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ?Qarabağ Bloku? hesab edib ki, adları çəkilən qanunlara edilən dəyişikliklər nəticə etibarı ilə ölkədə informasiya azadlığının məhdudlaşdırılmasına, hüquqi şəxslərin fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipinin pozulmasına və inzibati idarəetmə statusu hesabına hakimiyyətin demokratik idarə olunma prinsiplərinin pozulmasına yol açır. Eyni zamanda qeyd olunub ki, qanunlara bu cür mürtəce dəyişiklilərin edilməsi ölkə Konstitusiyasına və Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyalara ziddir və hakimiyyət bunların əksinə olaraq informasiya azadlığının genişləndirilməsi, hüquqi şəxslərin, dövlət məmurlarının gəlirləri, əmlakları barədə deklarasiya tələb edilməsini gündəmə gətirməli və bürokratiyanın şişirdilməsi, iqtisadi cəhətddən səmərəsiz olan sahə inzibati idarəetmə mərkəzləri deyil, bu səlahiyyətlərin bələdiyyə qurumlarına verilməsi istiqamətində addımlar atmalıdır. ?Qarabağ Bloku? ?Evrovizion? Mahnı Müsabiqəsindən sonra hakimiyyətin azad mətbuatın və demokratik düşərgənin nümayəndələrinə qarşı apardığı repressiya kampaniyasını da müzakirə edib. Müzakirələrdə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) foto-reportyoru, gənc blogger Mehman Hüseynovun həbs olunaraq barəsində saxta və qondarma ittihamla cinayət işinin açılmasını, AXCP mətbuat xidmətinin rəhbəri, ?Azadlıq? qəzetinin əməkdaşı Natiq Ədilovun polisə çağırılmasını və son günlər müxalifərçi gənclərə, o cümlədən ADP-çi gənclər - Cəmil Hacıyev, Osman Əhmədov, Cavid Əsgərov, Azər Sadıxov, Şəhla Hacıyeva, Rəsul Mürsəlov, Lalə Haqverdiyeva, İlham Həziyev və Faiq Seyidovun polisə çağırılmasını, onlara və ailə üzvlərinə qarşı həyata keçirilən təzyiq və təhdid kampaniyası kəskin olaraq pislənilmiş, bu hadisələri hakimiyyətin gözlənilən yeni repressiya kampaniyası kimi dəyərləndirilib. ?Qarabağ Bloku? bu hadisələrin ölkədə hakimiyyətlə vətəndaş qarşıdurmasına gətirib çıxaracağından narahat olduğunu ifadə edib və hakimiyyəti bu cür əməllərdən çəkinməyə çağırıb. Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı müvafiq qurumların məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib. #252;rt#304;lham H#601;ziyy

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA