ViP Ədalət Partiyası ilə birləzməyəcəyini bəyan etdi

img

13-06-2012 [02:36]


Son günlərdə ölkənin bəzi xəbər portallarında Ədalət Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının (VİP) birləşəcəyinə dair həqiqətə uyğun olmayan məlumatlar yayıılıb. Bu məsələyə aydınlıq gətirilməsi üçün səlahiyyətləndirilən VİP mətbuat xidməti aşağıdakıları bildirməyi vacib sayır. Artıq bir müddətdir, Azərbaycan Liberal (ALP), Azərbaycan Yaşıllar (AYP), Ədalət və Vətəndaş və İnkişaf (VİP) partiyaları arasında əməkdaşlığın qurulması istiqamətində davamlı müzakirələr aparılıb və danışıqlar hal-hazırda da davam etdirilir. Bu proses çərçivəsində Ədalət Partiyasının sədri İlyas İsmayılov və VİP sədri Əli Əliyev arasında bir neçə dəfə görüş keçirilib. Bu görüşlərin biri AYP sədri Mayis Güləliyevin iştirakı ilə baş tutub. Bir daha qeyd edirik ki, aparılan müzakirələrin əsas predmeti ALP, AYP, Ədalət və VİP arasında əməkdaşlığın qurulmasıdır və davam etdirilən danışıqlarda Ədalət Partiyası ilə VİP-in birləşməsi məsələsi müzakirə mövzusu olmayıb. VİP mətbuat xidməti nəzəri və praktik baxımdan, iki partiyanın birləşməsinin mümkünlüyünü qeyd etməklə yanaşı, ölkə mediasında iki partiyanın birləşəcəyi haqda gerçəyi əks etdirməyən məlumatların yayılmasndan təəssüfləndiyini bildirir. VİP mətbuat xidməti bu dezinformasiyaların dövriyyəyə buraxılmasını yuxarıda adları çəkilən partiyalar arasında aparılan müzakirələri diqqətlə təqib edən müəyyən siyasi çevrələrin narahatlığının ifadəsi kimi qiymətləndirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA