12-06-2012 [06:56]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ?Qafqazinfo?ya müsahibə verib. Müsahibəni təqdim edirik.
[b]- Hillari Klinton Azərbaycana səfəri zamanı müxalifətlə görüşmədi. Bunu necə qiymətləndirirsiniz? Niyə sizinlə görüşmədi.[/b]
- Azərbaycanda müxalifət çoxüzlüdür. Hər kəs özünü müxalifət hesab edir. Müxalifətin adından geninə boluna istifadə edib dünyanı, ictimaiyyəti aldadan qüvvələr var. Azərbaycan müxalifətinin hamısı bir yerdə olsaydı, dövlət katibi onlarla görüşüb, onun fikirlərini dinləyib, ona hörmətlə yanaşırdı. Bu gün Azərbaycan müxalifətini inhisara alan iki partiya müxalifətin evini yıxıb, böyrü üstə qoyub. Yəni Azərbaycan xalqı arasında, dünyada müxalifəti nüfuzdan salıb. Nazir olarkən, 1992-ci ildə Elçibəyin vaxtında mən Hillari Klintonla görüşmüşəm. 2003-cü ildə isə əmim oğlu Bəxtiyar Hacıyev Hillari Klintonla Vaşinqtonda görüşmüşdü.
Ürək ağrıdıcı bir məsələdir. Azərbaycan müxalifətinin bu cür dalana dirənməsi məni narahat edir. Ona görə də xanım Klintonun İrəvanda, Tiflisdə müxalifətlə görüşdü. Lakin qəzetlərində özlərinin gündəlik təbliğatlarını aparan AXCP və Müsavat Partiyasının apardıqları iyrənc kampaniyanın nəticəsi olaraq xanım Klinton onlara heç mesaj da göndərmədi. Azərbaycanda müxalifətin hansı qanadının hara işləməsi artıq bəllidir. Ona görə də bir-iki partiya özlərini demokrat adlandırıb bunun uğrunda mübarizə aparırıq deyirlərsə çox böyük yanlışlığa yol verirlər. Onların ?Evrovizion? ərəfəsində iyrənc oyunları xalqı bir daha biz müxalifətdən iyrəndirdi. Azərbaycan xalqı bildi ki, müxalifətin radikal qanadı millətə yox, digər dövlətlərin müəyyən dairələrinə işləyir. Xanım Klinton çox təcrübəli siyasətçidir, görünür bu kəşfiyyat məlumatları onda var ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat partiyasının bir qanadı İrandan gizli şəkildə maliyyələşir. Ondan sonra bir neçə səfirlə də görüşüm oldu. Onlar bizə irad tutdular ki, niyə Azərbaycan müxalifəti birləşə bilmir? Yəni bu gün Azərbaycanı müxalifət adından inhisara alan bu iki şəxs ölkəni biabır etməklə məşğuldur. Müxalifət partiyalarına da utanc, başıaşağılıq gətirir. Biz dillənə bilmirik, qınaq obyektinə tuş gəlmişik. Nə edək ki, bu iki partiya Avropadan, bəzi başqa dairələrdən aldığı təlimata əsasən Azərbaycan müxalifətinin sağlam qanadını bir arada görmək istəmir və hər an onu özündən kənarlaşdırmağa cəhd edir. Buna çox vaxt da nail olur. Klassik Xalq Cəbhəsi də, Liberal Demokrat da, ADP də müxalifətdədir, heç biri hakimiyyətin oyununda təmsil olunmur. Bu iki partiya özlərindən razı halda Azərbaycan müxalifətini çox pis günə qoyublar. Ona görə də biz müəyyən milli qüvvələrlə danışıqlar aparırıq ki, vəziyyətdən çıxış yolu tapaq. Ona görə də xanım Klintonun müxalifətin radikal qanadı ilə görüşməməsi təqdirəlayiq haldır.
[b]- Siz müxalifəti ?Evrovizion? ərəfəsində keçirdikləri aksiyalara görə qınadınız, amma həmin ərəfədə bəyanat verib onları dəstəkləmişdiniz?[/b]
- Mən mitinqləri həmişə dəstəklədim. Biz özümüz də Bakı Şəhər İcra Hakimiyyətinə məktub yazıb aksiya keçirmək istədiyimiz bildirmişdik. Lakin biz həmin aksiyaları Azərbaycan müxalifətinin, milli qüvvələrin birgə iştirakı ilə keçirmək istəyirdik. Daha demirdik ki, iki partiya 500 nəfəri çıxarsın, özlərini polisə sürütdürüb bizi biabır etsinlər. Məgər ?Evrovizion? ərəfəsinə, xarici jurnalistlərin ölkəmizə gəldikləri bir ərəfədə Dağlıq Qarabağ məsələsini gündəmə gətirsək yaxşı olmazdımı? Təbii bundan ötəri Azərbaycanda istənilən qüvvə, təşkilatla əməkdaşlıq etməyə hazıram. Lakin Azərbaycanın milli maraqları baxımından. Bizim Dağlıq Qarabağ kimi acı yaramız var, 1 milyondan çox qaçqınımız çöldə qalıb, küçələrimizdə dilənçilərin sayı çoxalıb. Azərbaycan hakimiyyətində bunu uzatmaq istəyən qüvvələr var. Lakin Azərbaycanda özünü ana, dədə müxalifət adlandıran qüvvələr heç bir qüvvəni yaxına buraxmadı. O zaman mən təklif etdim ki, mənim min partiya üzvüm üstündə ?Müasir Müsavat? yazılan maykada çıxsın. Mən Pənah bəyə də dedim ki, bu məsələni Koordinasiya Şurasında müzakirə edin. Mənim partiyamdan olan min nəfər iştirak etsin və şüarımız da Ermənistan, Dağlıq Qarabağdan qaçqın düşən 1 milyon insanımızla bağlı olsun. Əlbəttə ?Evrovizon? yaxşıdır. Biz bunun müsbət tərəfini özümüzə çəkməliydik. Biz bunu edə bilmədik. Bəs nəyə nail olduq? Min ?iki min nəfər çıxdı və Azərbaycanda müxalifətin yararsız olduğunu ortaya qoyduq. Mənim təklifimin əsasında o dururdu ki, gəlin hamımız bir yerdə olaq. Əgər bunlar sağlam mübarizə aparırlarsa niyə imkan vermədilər ki, biz hamımız bir yerdə olaq? Niyə qoymadılar Klassik Xalq Cəbhəsi partiyası üzvləri də bir yerdə olsun? Niyə qoymadılar Rəsul Quliyevin yaratdığı Milli Müqavimət Hərəkatı da onlarla olsun? Deməli bizim həmin mitinqlərdə səsləndirəcəyimiz şüarlar bunları qane etmir. Onların bir şüarı var ki, ?Azərbaycanı xarici dövlətlərə sataq?. Lakin bizim şüarımız o olacaqdı ki, ?Ay ?Evrovizion?a gələn jurnalist bu 1 milyon qaçqının taleyi necə olacaq??, ?niyə BMT-də bu məsələni müzakirəyə çıxarıb ciddi bir fikri ortaya qoymursunuz??, ?niyə Avropa Şurası, ATƏT-in Minsk qrupu bu məsələyə ciddi münasibət göstərmir??. Biz mitinqlərlə bunu bütün dünyaya yaymaq istədik. Lakin radikal müxalifət mitinqlərdə özlərini öldürdülər ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur. Gedin 20-ci sahəyə, düzün ortasında nə qədər istəyirsiniz qışqırın. Gördünüz, xarici mətbuat yazdı ki, Azərbaycanda söz azadlığı var, mitinqlər keçirməyə yer verilib. Bunlar hakimiyyətin əlinə oynadırlar. Bəs indi niyə mitinq keçirmirlər? Azərbaycanda hər şey düzəldi? Bütün nöqsanlar ?Evrovizion? ərəfəsində həll olundu? Xeyr. Onlar Azərbaycanda mitinqləri də hörmətdən salıblar, Azərbaycanda müxalifət sözünü də lağa qoydurublar, gülməli bir hala çeviriblər. Elə bil bunlar artıq hakimiyyətə gəliblər, bircə vəzifə bölgüsü qalıb. Mən bu gün də dəstəkləyirəm, istəyirəm ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığına əməl edilsin. Lakin buna əməl etməyə imkan verməyən insanlar müxalifətin bir araya gəlməsinə imkan vermədilər. İctimai Palata adlanan bir qurum 500-1000 nəfərlə özlərini də biabır etdilər, müxalifəti də gözdən saldılar. Ona görə də biz milli qüvvələrin olduğu yerdəyik. Azərbaycan müxalifətini bu iki insandan xilas edə bilsək ölkədə çox demokratik, normal müxalifət formalaşacaq. Bununla da, Azərbaycanda demokratik yola hakimiyyəti gəlişi təmin edəcəklər. Biz buna nail olsaq, Azərbaycanda normal quruluş qura biləcəyik.
[b]- İranla Azərbaycan arasındakı son vəziyyətə münasibət bildirməyinizi istərdim...
[/b]
- Azərbaycan tərəfindən xarici siyasəti aparan yoldaşlar haradasa böyük bir səhvə yol veriblər. Birinci nəzərdə tutmalıyıq ki, İranda bizim soydaşlarımız yaşayır. İran qonşu dövlətdir və bu qədər aqressiv münasibət bəsləmək düzgün olmaz. Təsəvvür edin ki, ?Evrovizion? ərəfəsində İranın dini rəhbərləri basqı etdilər ki, Azərbaycanda geylərin paradı keçirilir. Çox ciddi bir mesaj idi. Çox təəssüf ki, Azərbaycanı sevməyən qüvvələr İran kimi böyük bir dövlətin əlinə ?kozur? verdilər. Bu da bizim apardığımız uğursuz siyasətdir. Ən yaxın qonşu qardaşdan üstündür. Bizim gün ərzində cənub bölgələrimizdən nə qədər insanlarımız İrana keçir, alver edib ailələrini dolandırırlar. Ermənilər də bu situasiyadan istifadə etdilər və ölkəmizi dünya mediasında biabır etdilər. İran dövləti də öz apardığı siyasətə sadiq qalaraq gey-paradı bəhanə edərək Azərbaycan hakimiyyətinə basqı etdi.