Şevçenko yenidən tarix yazdı

img

12-06-2012 [01:56]


Ukrayna milli komandasının əfsanəvi futbolçusu Andrey Şevçenko Avropa çempionatları tarixinə adını yazdırıb. Dünən İsveçlə keçirilən görüşdə 2 qola imza atan 35 yaşlı futbolçu Avropa çempionatları tarixində ən yaşlı ikinci qol müəllifi olub. Bu mənada rekord göstərici isə Avstriya millisinin sabiq üzvü İvisa Vastiçə məxsusdu. 38 yaşlı futbolçu 2008-ci ildə keçirilən Avropa çempionatında Polşa millisinə qarşı oyunda komandasının bərabərlik qoluna imza atmışdı - 1:1. Qeyd edək ki, Şevçenko milli komandada ilk qolunu 1996-cı ildə Türkiyə yığmasının qapısından keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA