AVRO ? 2012: Hollandlar Danimkarka ilə bacarmadı

img

09-06-2012 [11:47]


Bu gün futbol üzrə növbəti Avropa çempionatının növbəti qrupunda daha iki oyun keçirilib.B qrupunda Hollandiya milliləri Danimarka ilə qarşılaşıb. Bakı vaxtı ilə 21.00-da başlayan matçda hollandlar zəif görünən rəqiblərinin müqavimətini qıra biləmyiblər. 24-cü dəqiqədə Simon Poulsenin ötürməsini Mişel Krohn Dehli qola çevirib. Fasiləyə üstün yollanan danimarkalılar ikinci hissədə də güclü rəqiblərinin qarşısında ağıllı oyunları ilə fərqləniblər. Saat 23:45-də başlayan digər oyun - Almaniya ? Portuqaliya matçı isə gecə saatlarında başa çatdığından nəticə ilə bağlı məlumat verə bilmədik. Bu gün isə C qrupunda saat 21:00-da İspaniya milliləri İtaliyalı həmkarları ilə qarşılaşacaq. 23:45-də isə İrlandiya Xorvatiyanın qapısını yol tapmağa çalışacaq. Sabah isə D qrupunda Fransa - İngiltərə və Ukrayna ? İsveç milliləri üz-üzə gələcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA