Partiya sədri: ?Bəyəm 500 min üzvün hamısı YAP-a sadiqdir??

img

12-06-2012 [11:30]


?Azərbaycanda siyasi Partiyaların, xüsusilə də ideoloji müstəvidə fəaliyyət göstərən təşkilatların qarşısında üzvlük məsləsinin qoyulması bir sıra çətinliklər yaradır. Ona görə də bu tələbin aradan qaldırılmasını təklif edirəm?. Bunu Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib. Onun sözlərinə görə, onsuz da Azərbaycanda partiya üzvlüyü məsələsi formal xarakter daşıyır: ?Üzvlük məsələsində dostluq, qohumluq, tanışlıq, üz vurma kimi amillər ciddi rol oynayır. Hansısa ideologiyaya, əqidəyə görə birləşənlərin sayı az olur. AİDP üzvlərinin sayını bu metodla artırmaq olar. Amma onlar hamsısı islam-demokrat ideyasının daşıyıcıları olacaqlarmı? Bu suala birmənalı şəkildə ?bəli? demək düzgün olmazdı. Eyni vəziyyət, YAP-a, ?Müsavat?a, AXCP-yə və digərlərinə də aiddir. Bəyəm 500 min üzvün hamısı YAP-a sadiqdir, onlar YAP ideyalarını qəbul edirlər, yaxud başa düşürlər? Müsavatda, AXCP-də, Rəsul Quliyevin ətrafında hakimiyyətə açıq edən, ?vurulan? adam azdır? Təbii ki, onları idealogiya birləşdirməyib. Bu mənada biz hesab edirik ki, partiya üzvlüyü effektli bir alət deyil. Əsas insanları partiyanın seçdiyi xəttə inandırmaq, bu xəttin ona xeyir gətirəcəyini başa salmaqdır. Belə olarsa hansısa partiyanı dəstəkləyənlərin və seçicilərin seçim imkanları da artacaq?. Avropada və qardaş Türkiyədə məhz bu metdoddan yararlanıldığını deyən, AİDP sədrinin sözlərinə görə, siyasi partiyalar haqqında qanunda üzvülük haqqında olan bəndlərə yenidən baxılması zərurəti yaranıb: ?Demokratik seçkilərin keçirilməsi naminə belə bir addım atılmalı, seçiciyə daha münasib bildiyi partiyaya səs verməsi üçün fikir azadlığı və seçim şəraiti yaratmaq lazımdı?. T.Abbaslının fikrincə daxili və xarici siyasi durumumuz bunu tələb edir: ?Bu durum millətimizin və dövlətçiliyimizin yeni mərhəlyə keçid dövrünü bütün sahələrdə təkmilləşdirməyi tələb edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA