isa Qəmbərdən yeni təyinat

img

11-06-2012 [10:55]


Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, yığıncağın əvvəlində başqan İsa Qəmbər Leyla İlqar qızı Mustafayevanın Müsavat Partiyası Mətbuat və İnformasiya şöbəsinin rəhbəri təyin edilməsi haqda sərəncamını təqdim edib. Partiyadaxili məsələnin müzakirəsi zamanı keçirilmiş və planlaşdırılan yeni zona müşavirələri haqqında məlumat verilib. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti həftə keçiriləcək toplantısı üçün təkliflər verilib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı hakimiyyətin ?İnformasiya əldə etmək haqqında?, ?Kommersiya sirri haqqında? və ?Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında? Qanununda nəzərdə tutduğu dəyişikliklər haqqında bir daha müzakirə aparılıb. Hakimiyyətin korrupsiya əməllərinin ifşa olunmasının qarşısının alınması məqsədini nəzərdə tutan bu dəyişikliklərə etiraz edən Divan bu məsələni diqqətdə saxlayacağını bildirib. Oqtay Gülalıyevdən sonra ?Kür? Vətəndaş Cəmiyyətinin daha bir nümayəndəsi İlham Əmiraslanovun həbs edilməsi ciddi narahatlıqla qarşılanıb. Qeyd edilib ki, hakimiyyət daşqından ziyan çəkmiş əhalinin problemlərini həll etmək, bu sahədə hökm sürən korrupsiya və özbaşınalığın qarşısını almaq əvəzinə, real vəziyyəti araşdıran, qanunsuzluqları üzə çıxaran vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı repressiya həyata keçirir. Həmin insanların həbsdən azad edilməsi tələb edilib. Divanın iclasında son günlər çoxalımış əsgər ölümləri ilə bağlı müzakirə aparılıb. ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfəri zamanı Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacağı ərəfədə qoşunların təmas xəttində, o cümlədən, Azərbaycan-Ermənistan sərhəddində atəşkəsin pozulmasının xarici qüvvələr tərəfindən körükləndiyi qeyd edilib. Hakimiyyətin son dərəcədə sayıq və diqqətli olmasının vacibliyi vurğulanıb. Eyni zamanda dünyasını hansı şəraitdə dəyişməsindən asılı olmayaraq həlak olmuş bütün əsgərlərin ailələrinə diqqət və qayğı ilə yanaşılması tələb edilib. Eurovision yarışması ərəfəsində kütləvi aksiyalarda fəallıq göstərmiş müxalifətçilərin təqib olunması kəskin tənqid edilib. Son günlər Müsavat Partiyası Məclisinin katibi Arifə Hüseynlinin və İctimai Palataya daxil olan partiyaların gənc, tələbə üzvlərinin polis bölmələrinə çağırılması, onlara və ailələrinə təzyiq edilməsinə etiraz edən Divan hakimiyyətdən bu qanunsuz əməlləri dayandırmağı tələb edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA