ADP Qarabağ və Naxçıvandakı vəziyyətlərdən narahatdır

img

11-06-2012 [02:28]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Topantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son günlər təmas bölgəsində atəşkəsin pozulması nəticəsində Milli Orduda baş verən itkilərdən ciddi narahat olduğunu bildirib və hakimiyyəti ordu quruculuğunu artırmağa və sərhəd bölgələrində ayıq-sayıqlığın təmin edilməsi istiqamətində addımlar atmağa və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini onların diqqətinə çatdırmağa çağırıb. Partiyanın mətbuat xidmətindən Müstəqil İn?ormasiya Agentliyinə verilən xəbərə görə, İdarə Heyəti üzvləri Rusiya Xarici İşlər Naziri S.Lavrovun Suriya məsələsini Qarabağ problemi ilə eyniləşdirən bəyanatla çıxış etməsini narahatlıqla qarşılayıb və bu analogiyanın aparılmasının arxasında separatçı Qarabağ rejiminin subyekt kimi tanınması kimi hiyləgər niyyətin durduğunu bildirib və bu cür bəyanatların ATƏT-in Minsk qrupunun üzvü olan bir ölkənin missiyası ilə uyğun gəlmədiyini diqqətə çatdırıb: ?İdarə Heyəti üzvləri ATƏT-in Minsk qrupunun üzvlərinin Dağlıq Qarabağın separatçı rejimi ilə görüşməsini qətiyyətlə pisləyib və bu cür görüşlərin sülh danışıqlarının gedişində Minsk qrupunun tərəfsiz mövqe saxlaması barədə üzərinə götürdüyü öhdəliklərə zidd olduğunu bildirib. ABŞ Xarici siyasət idarəsinin başçısı H.Klintonun Azərbaycana səfərinin nəticələrinə diqqət çəkən partiya yetkililəri bu səfərin iki ölkə arasında iqtisadi-siyasi və strateji əlaqələr baxımından gərəkli olduğunu bildirməklə yanaşı, onun Azərbaycanın müxalif düşərgəsi ilə təmasa girməməsindən narahat olduğunu ifadə edib və bu ölkənin avtoritar rejimlərlə münasibətdə demokratiyanın müdafiəsindən daha çox merkantil maraqlara üstünlük verməsini qətiyyətlə pisləyib?. İdarə Heyəti üzvləri ?Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin genişləndirilməsi haqqında? ölkə başçısının verdiyi sərəncamı mürtəce addım kimi dəyərləndirib və bu sərəncamdan irəli gələn müddəaların qeyri-demokratik idarəetməyə yol açdığını və hakimiyyətin bir əldə cəmləşməsinə şərait yaratmaq məqsədi güddüyünü ictimaiyyətin diqqətinə çatdırıb. İdarə Heyəti üzvləri Naxçıvan Muxtar Respublikası təhsil və gömrük qrumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qopardılaraq Muxtar Respublikanın Ali Məclisinə tabe etditilməsi barədə qanunun qüvvəyə minməsindən narahat olduğunu bildirib və bu cür cəhdlərin konstitusiyanın unitarlığı yapısına zidd olduğunu qeyd etməklə hakimiyyətin bu məsələdə əsas məqsədinin Dağlıq Qarabağa veriləcək statusun modelinin hazırlanması olduğunu diqqətə çatdırıb. İdarə Heyəti üzvləri ?Fredoom House? beynəlxalq hüquq müdafiəsi təşkilatının Azərbaycanda demokratiya və insan hüquq və azadlıqlarının pozulması ilə bağlı hazırladığı hesabatı təqdir edib və hesabatda əksini tapan faktların tam reallıqları əks etdirdiyini diqqətə çatdırmaqla hakimiyyəti bu tənqidi qeydlərdən nəticə çıxarmağa və göstərilən sahələr üzrə əsaslı islahatlar keçirməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA