ümid Partiyası siyasi məhbusların azad olunmasını tələb edir

img

10-06-2012 [02:21]


Ümid Partiyası Ali Məclisinin növbəti toplantısı kecirilib. Partiyanın mətbuat xidmətindən mia.az-a daxil olan məlimata görə, önçə son bir neçə gündə cəbhə xəttində şəhid olan əsgərlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edilib. Toplantıda ölkədəki ictimai siyası vəziyyət, partiyanın qarşısında duran vəzifələr təşkilatlanma işi müzakirə olununb. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı partiyanın sədri, millət vəkili İqbal Ağazadə geniş məruzə ilə çıxış edib. O cənubi qafqaz regionunda baş verən son siyasi proseslərdən, Qarabağ məsələsinin həllindən, ölkədəki ictimai-siyasi vəziyyətdən, Azərbaycanla Avropa Birliyi və İran arasında son günlərdə yaranan gərginlikdən, partiyanın qarşısında duran vəzifələrdən, müxalifət partiyalarının birliyindən və 2013-cü ildə keçiriləcək prezident seçkilərindən ətraflı danışıb. Məclis üzvlərinin sualarını cavablandırıb. Məclisin iclasında ölkədəki ictimai- siyasi vəziyyətlə bağlı və siyasi məhbüsların azad olunmasıni tələb edən bəyanat qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA