?Kreml cəbhədə vəziyyəti gərginləzdirməklə Vazinqtonu palanlarından vaz keçməyə məcbur etmək istəyir?

img

08-06-2012 [01:22]


?ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfərinin əsas məqsədi Ermənistanı və Azərbaycanı öz tərəfinə çəkməkdir. Düzdür, Ermənistanın qarşısında hələ ki belə tələb qoymaq mümkünsüz görünsə də Azərbaycandan mövqeyini qətiləşdirmək tələb olunduğu dəqiqdir?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı Hillari Klintonun Cənubi Qafqaza səfərini şərh edərkən deyib. Onun fikrincə, son dövrlər Azərbaycanın insan haqları probleminə görə sıxışdırılması, hətta Rəsul Quliyevin fəallaşması Azərbaycan iqtidarına ?mövqeyini qətiləşdir? mesajı verməkdir. AİDP sədri hesab edir ki, ABŞ Cənubi Qafqazı tam ələ keçirmək niyyətindədir: ?Gürcüstan artıq mövqeyini qətiləşdirib və demokratiya istiqamətində uğurlu addımlar atır?. T.Abbaslının sözlərinə görə, Klintonun gəlişi ərəfəsində cəbhədə vəziyyətin gərginləşməsi, hər iki tərəfin itki verməsi ilə nəticələnən döyüşlərin baş verməsini isə ABŞ-a mesaj sayıla bilər: ?Hesab edirəm ki, Cənubi Qafqazda ABŞ-dan da artıq marağı olan Kreml cəbhədə vəziyyəti gərginləşdirməklə Vaşinqtonu palanlarından vaz keçməyə məcbur etmək istəyir. Bir müddət öncə İranın da Azərbaycana təzyiqlərini arxasında məhz bu məqsəd dayanırdı?. Klintonun konkret olaraq Azərbaycan hakimiyyətindən aldığı cavaba gəlincə, T.Abbaslının sözlərinə görə, tezliklə söz demək çətindir: ?Məncə bir müddət sonra cavabın müsbət olub olmadığını biləcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA