Misir Mərdanovun əleyhinə qapalı toplantı

img

03-06-2012 [09:56]


Təhsil naziri Misir Mərdanovun vəzifədən uzaqlaşdırılacağı və ya həbs olunacağı ilə bağlı informasiyalar yeni olmasa da, aldığımız son xəbər artıq nazirin həbsinə yüksək səviyyədə razılıq alındığından xəbər verir. ?Qafqazinfo?nun məlumatına görə, ali təhsil ocaqlarına Misir Mərdanovun imzası ilə aparılan ?köçürmə? əməliyyatlarının siyahısını hazırlamaq və bu köçürmələrdəki qanunsuzluqları üzə çıxarmaqla bağlı tapşırıq verilib. Artıq bir çox ali məktəb rəhbərləri öz kollektivləri ilə qapalı toplantı keçiriblər və M.Mərdanovun sərəncamı ilə aparılan köçürmələrin konkret siyahısı da tərti edilib. Həmin qapalı toplantıda iştirak edən şəxslərdən aldığımız məlumata görə, hətta Misir Mərdanovun əleyhinə ifadə verəcək şəxslər də müəyyənləşib. Qeyd edək k, bu barədə ilk məlumat ?Qafqazinfo?ya ötən həftənin əvvəlində daxil olsa da, dəqiqləşdirmə aparmağı lazım bildik. Həftənin sonuna qədər isə 8 ali məktəbdə bu cür qapalı toplantının keçirildiyi haqda redaksiyamıza ayrı-ayrı mənbələrdən məlumat daxil oldu. Qafqazinfo#601;hsil ocaqlar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA