isa Qəmbərin müavinlərini polisə apardılar

img

24-05-2012 [11:49]


Bu gün səhər Müsavat başqanının müavinləri - Gülağa Aslanlı və Tofiq Yaqublu polis tərəfindən saxlanılıb. İctimai Palatanın mətbuat mərkəzindən MİA-ya daxil olan xəbərə görə, Gülağa Aslanlı nəvəsini həkimə apardığı zaman, Tofiq Yaqublu isə Müsavat Partiyasına, işə gəldiyi vaxt saxlanılıb. İctimai Palatanın mətbuat mərkəzinin yaydığı məlumata görə, G.Aslanlı Nəsimi, T.Yaqublu isə Suraxanı rayon polis idarəsinə aparılıb. Müsavat fuksionerlərinin bu gün İTV-nın qarşısında keçirilməsi nəzərdə tutulan aksiyaya görə saxlandıqları güman olunur. Dünən axşam onlar və BŞBPİ-nın İctimai Təhlükəsizlik Şöbəsinin Elçin və Mehman Əliyev adlı zabitləri tərəfindən idarəyə dəvət olunmuşdular.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA