?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib

img

30-05-2012 [03:45]


Bu gün ?Qarabağ Bloku?nun növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanla bağlı baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub. ?Qarabağ Bloku? ötən həftə Azərbaycanda keçirilən ?Eurovision? Mahnı Müsabiqəsinin nəticələri ilə bağlı müzakirələr aparıb. ?Qarabağ Bloku? hesab edir ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin ümumən Avropaya açılması baxımından müsbət hadisə kimi dəyərləndirilsə də, ölkədə fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, hakimiyyətin səhv xarici siyasət kursu götürməsi, qonşu ölkələrlə münasibətlərin korlanması və bundan dolayı ölkənin təhlükəsizliyini təhdid edən bəyanatların verilməsi və ölkədə bütün sahələrdə qiymətlərin fantastik dərəcədə baha olması ölkəyə gəlmək istəyində olan turistlərdə və xarici vətəndaşlarda ciddi tərəddüd yaratmış və bununla da bu mahnı müsabiqəsindən gözlənilən iqtisadi və siyasi nəticələr əldə edilməmişdir ki, bununda günahkarı hakimiyyətdir. ?Qarabağ Bloku? Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair qəbul etdiyi qətnaməni də müzakirə edib. Toplantı iştirakçıları iqtidarın bu qətnamədən nəticə çıxarıb ölkədə vəziyyəti dəyişdirmək, islahatlara getmək əvəzinə Avropa Parlamentinə qarşı böhtan dolu kampaniya aparmasını qətiyyətlə pisləyib, hakimiyyəti beynəlxalq aləmlə qarşıdurmadan çəkinməyə, eyni zamanda digər nüfüzlu beynəlxalq təşkilatları Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə dəstək verməyə çağırıb. ABŞ Konqresinin Helsinki Komissiyasının Cənubi Qafqaz ölkələri - Azərbaycan, Ermənistan və Gürcüstanda seçkilər mövzusunda keçirdiyi debatda söylənən tənqidi fikirlər də müzakirə predmeti olub. Toplantı iştirakçıları ölkədə mövcud siyasi durumun azad və ədalətli seçkilərin keçirilməsini istisna etdiyindən dolayı Qərbi və Avropanı Azərbaycanda seçkiqabağı situasiyanın demokratikləşdirilməsi naminə Azərbaycan xalqına və demokratik düşərgəsinə yaxından dəstək verməyə, hakimiyyəti ölkə qanunlarına və beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq siyasi islahatlar həyata keçirməyə və ölkənin bütün demokratik kəsimini isə birləşərək bu istiqamətdə birgə mübarizə aparmağa çağırıb. Toplantı iştirakçıları son zamanlar, o cümlədən ötən həftə ərzində ölkədə bir qrup dindarların həbs olunmasından narahatlığını ifadə edib. ?Qarabağ Bloku? hesab edir ki, həbs olunan şəxslərin effektiv hüquqi yardım almaq hüququ tanınmalı, onların ittiham olunduğu cinayət işləri üzrə istintaq və məhkəmə orqanları tərəfindən aparılan bütün hüquqi prosedur hərəkətlər obyektiv və beynəlxalq konvensiyaların və ölkə qanunlarının aliliyi prinsipi rəhbər tutulmaqla həyata keçirilməlidir, əks halda həmin şəxslər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən potensial siyasi məhbus kimi tanınacaqdır. Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı müvafiq qurumların məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA