Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi

img

25-05-2012 [12:35]


Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Mayın 24-də qəbul olunmuş qətnamədə Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa çağırılır. ?Dinc etiraz aksiyalarına imkan verilməlidir? ? deyə qeyd olunan sənəddə həmçinin jurnalist İdrak Abbasovun döyülməsi, başqa bir jurnalist Xədicə İsmayılovaya qarşı ?şantaj və təhdid kampaniyası? pislənir. Avropa Parlamenti hazırda həbsdə saxlanan 6 jurnalistin dərhal azadlığa buraxılmasına da çağırır. Eurovision-2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsinə toxunan sənəddə bu yarışmaya görə insanların evlərindən zorla çıxarılmaları, onların mülkiyyət hüquqlarının pozulmasından da narahat olduğunu bildirir. Sənəddə həmçinin radikal islamçı qrupların Eurovision-2012 mahnı yarışı iştirakçıları və tamaşaçılara qarşı səsləndirdikləri təhdidləri də pislənir. Mayın 24-də ABŞ Dövlət Departamenti, Amnesty İnternational da ölkədə insan haqlarının vəziyyətinə görə Azərbaycan hakimiyyətini tənqid edən hesabatlar yayıblar. Bakıda isə rəsmilər belə tənqidləri rədd edirlər. Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənov Eurovision-2012 mahnı yarışının Bakıda keçirildiyi günlərdə belə tənqidlərin çoxalmasını Azərbaycanın beynəlxlaq nüfuzunu ləkələmək cəhdi kimi qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA