iqbal Ağazadə Norveç nümayəndələri ilə görüzdü

img

24-05-2012 [03:40]


Bu gün Ümid Partiyasının mərkəzi qərargahında partiyanın sədri, millət vəkili İqbal Ağazadə Norveç Helsinki Komitəsinin informasiya müşaviri Anders Nielsen və Layihə Kordinatoru Olqa Şamşuru qəbul edib. Qəbulda ölkədəki ictimai-siyasi vəziyyət, insan haqlarının vəziyyəti, siyasi məhbus, söz və mətbuat azadlığı problemi müzakirə olunub. İnsan haqlarının qorunması, siyasi məhbus probleminin həlli sahəsində beynəlxalq təşkilatlar və siyasi partiyaların rolu haqda geniş fikir mübadiləsi aparılıb. Görüşdə İqbal Ağazadə ölkəmizdə demokratikləşmə istiqamətində islahatların aparılmasının vacibliyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA