ADP-nin hakimiyyətdən tələbləri var

img

22-05-2012 [01:29]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti ilk növbədə ölkə prezidentinin də iştirak etdiyi NATO üzvləri və tərəfdaş ölkələrin dövlət başçılarının Çikaqoda keçirilən sammitin nəticələrinə münasibət bildirib. İdarə heyəti üzvləri sammitdə Cənubi Qafqaz və Moldova ərazisində dondurulmuş konfliktlərin həllinin tapmamasından doğan narahatçılığı və ölklərin ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyi prinsipininin dəyişilməz olduğunu özündə ehtiva edən bəyannamənin qəbul edilməsini alqışlayıb və hakimiyyəti Azərbaycanın təhlükəsizliyi və strateji hədəflərinə daha çox uyğun gələn Avroatlantik məkana inteqrasiya istiqamətində ciddi səylər göstərməyə çağırıb. İdarə heyəti üzvləri Rusiyanın patronajlığı altında MDB ölkələrinin Moskvada keçirdiyi sammitə və bu sammitdə Rusya prezidenti V.Putinin Avrasiya blokunun yaradılması ideyasının yenidən gündəmə gətirməsinə münasibət bildirib və bu cür uğursuz cəhdlərin Rusiyaının imperialist iddalarından qaynaqlandığını qeyd etməklə Azərbaycanın gələcək inkişafı və təhlükəıszliyinin yalnız Avropaya inteqrasiya şərtləri daxilində mümkün ola biləcəyini diqqətə çatdırıb və ölkəmizin bu cür qrumlarda təmsilçiliyini məqsədə uyğun hesab etməyib. İdarə heyəti üzvləri Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatının Azərbaycanda insan hüquq və azadlıqlarının, söz mətbuat və sərbəst tolaşma azadlıqlarının kobud şəkildə pozulması, jurnalistlərin təqib edilməsi, vicdan məhbuslarınəın hələ də həbsdən buraxılmaması və bütövlükdə demokratik dəyərlərin qorunmaması ilə bağlı təqdim etdiyi hesabatı təqdir edib və bunun Azərbaycan reallıqlarını doğru düzgün əks etdirdiyini diqqətə çatdırıb. Partiya yetkililəri mövcud hakimiyyəti hesabatda əksini tapan faktlardan nəticə çıxarmağa, ölkədə demokratiya və insan haqlarının qorunması istiqamətində praktik addınmlar atmağa və vicdan məhbuslarını dərhal azadlığı buraxmağa çağırıb. İdarə Heyəti üzvləri keçən həftə Türkiyədə baş tutan Güney Azərbaycan türklərinin uluslararası birinci Forumunu dünya azərbaycanlılarının təşkilatlanma cəhdi kimi müsbət dəyərləndirib və bu tədbirin istər Güney Azərbaycanda, istərsə də dünyada yaşayan terklərin hüquqlarının qorunması və müdafisinəə xidmət edəcəyinə ümidi olduqlarını ifadə edib. İdarə Heyəti üzvləri Koroğlu metrosu ətrafında yeni avtovağzal kompleksinin salınması adı altında dövlət büdcəsindən küllü miqdarda vəsait ayrılması və bu vəsaitin korrupsiya üçün münbit zəmin yaratmasından narahat olduğunu bildirib və milli sərvətlərin, korrupsiyaya xidmət edən bu cür proyelərə deyil, ölkədə işsizliyin aradan qaldırılmasına stimul verən yeni istehsal sahələrinin açılmasına yönəldilməsinin vacibliyini diqqətə çatdırıb. Idarə Heyəti üzvləri Evrovision musiqi yarışması ərəfəsi Bakı şəhəri ərazisində vətəndaşların rahatlığının pozulması, mülkiyyət hüquqlarının pozulması və dövlət büdcəsinin israf edilməsi hesabına aparılan və effektliliyi şübhə doğuran tikintilər aparılmasından, şəhər infrastrukturunun plansızsız şəkildə nizamının pozulmasından ciddi narahat olduğunu bildirib və Evrovision rəhbərliyini hakimiyyətin vətəndaşların mülki, sosial və mədəni istrahət hüquqlarının pozulmasına xidmət edən bu hərəkətlərinə münasibət bildierməyə çağırıb. İdar Heyəti üzvləri vicdan məhbuslarının azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayan müxaliftçilərin hakimiyyət qarşısında qoyduğu tələblərlə həmrəy olduğunu bildirib və hakimiyyəti ölkədə sərbəst toplaşma, söz, mətbuat və fikir azadlığının qarşısının alınmasına yönələn hərəkətlərə son qoymağa, siyasi əqidəsinə, dini yönümünə və peşə fəaliyyətinə görə həbs edilmiş vətəndaşları, o cümlədən 2 aprel mitinqi zamanı qeyri-qanuni həbs edilmiş müxalifətçiləri azadlığa buraxmasını tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA