Sərdar Cəlaloğlu Almaniya səfiri ilə görüzüb

img

15-05-2012 [02:07]


ADP sədri Sərdar Cəlaloğlu Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelle ilə görüşüb. ADP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda ictimai siyasi vəziyyət, insan hüquq və azadlıqları, Almaniya ilə Azərbaycan, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr və əməkdaşlığın gələcək perspektivləri mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılıb. S. Cəlaloğlu ADP-nin ölkəmizin Almaniya ilə əməkdaşlığına böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın Avropaya inteqrasiyasının xalqımızın maraqlarına uyğun olduğunu, Azərbaycan xalqının demokratiya istədiyini və demokratik dünyadan bu istəyinin gerçəkləşməsi üçün beynəlxalq hüquqa uyğun olaraq yardımlar gözlədiyini və Almaniya dövlətinin bu baxımdan yaxşı mənada fərqləndiyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA