AMiP 20 illik yubiley tədbirlərinə start verdi

img

18-05-2012 [01:56]


Bakı, Abşeron və Sumqayıt şəhər və rayon təşkilat sədrlərinin iştirakı ilə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının genişləndirilmiş növbəti toplantısı keçirilib İclasda ölkədəki mövcud ictimai-siyasi vəziyyət, müxalifətdaxili inteqrasiya məsələləri, AMİP nümayəndə heyətinin Brüssel səfəri geniş müzakirə olunub. Mərkəzi Şura komissiyalarının işi ilə bağlı məlumat verilib və AMİP Mərkəzi Şurasının iclasının mayın 27-də çağırılması barədə qərar qəbul olunub. Siyasi Şura müstəqil Azərbaycanın ilk qeydiyyatdan keçmiş siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyasının yaranmasının 20 illiyinin qeyd olunması ilə əlaqədar məsələni müzakirə edəcək. AMİP Baş Katibi Arzuxan Əlizadənin sədrliyi ilə yubiley tədbirlərinin keçirilməsinə hazırlıq üzrə təşkilat komitəsinin toplanması barədə qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA