20-05-2012 [03:16]
[b]
Mirmahmud Mirəlioğlu: "Bütövlükdə korrupsiyalaşmış iqtidar topu-topxanası, pulu, gücü, bütün resursları əlində cəmləşdirsə belə, özünü Azərbaycan cəmiyyətinə qəbul etdirə bilmir"
[/b]
Ölkədəki ictimai-siyasi vəziyyət kənardan bir qədər sakit görünsə də, əslində mürəkkəb durumdadır. Cəmiyyətdə xeyli narazılıq var, hakimiyyət güzəştə getmək istəmir, müxalifət isə mövcud olan narazılığı siyasi müstəviyə qaldırmaqda çətinlik çəkir. Bu da daha təhlükəli proseslərə yol aça bilər. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da müsahibəsində ölkədə ictimai-siyasi durumun ağır olduğunu dedi:
- Hazırda ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirmək üçün əziyyət çəkməyə, xüsusi olaraq araşdırma aparmağa ehtiyac yoxdur. Bu gün Azərbaycanda çox qeyri-normal, analoqu olmayan bir vəziyyət hökm sürür. İqtidarın məşhur bir ifadəsi var ki, Azərbaycanda analoqu olmayan iqtisadi inkişaf mövcuddur. Amma mən hesab edirəm ki, Azərbaycanda analoqu olmayan ictimai-siyasi vəziyyət var.
- Bəlkə fikirlərinizi bir qədər də açasınız?
- Açanda vəziyyətin daha ağır olduğunu demək olar. Məsələn, insan haqqını müdafiə edən, Kür daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı hakimiyyətin gördüyü işlərə ictimai nəzarəti həyata keçirən, evləri, kəndləri, məzarları su altında qalanların hüquqlarını müdafiə edən Oqtay Gülalıyevi həbs edirlər. Bunun özü analoqu olmayan məsələdir. Halbuki dövlətin özü də maraqlı idi ki, bu işlərə nəzarət olsun, amma bu işi görmək istəyən adamı şərləyib tuturlar.
Jurnalistləri döyürlər, həbs edirlər. Yaxud jurnalistin balaları içində olan evini yandırırlar. Eləcə də sərbəst toplaşmaq azadlığı tələb etdiyinə görə nə qədər vicdan məhbusu var. Bax, bunların hamısı analoqu olmayan hadisələrdir. Biz bunları deyirik. Amma qarşı tərəf də bildirir ki, "Eurovision" ərəfəsində Avropanın diqqəti Azərbaycanda olduğu bir məqamda biz nəsə edirik. Halbuki hakimiyyət elə bir siyasət yürüdür ki, ona mane olmağa ehtiyac yoxdur. Yəni, iqtidarın indiki siyasəti özünün əleyhinədir. Elə siyasət aparır ki, bumeranq effekti verir.
- Bəs, müxalifət bu analoqu olmayan ictimai-siyasi vəziyyətə uyğun fəaliyyət göstərə bilirmi?
- Hər kəs hesab edir ki, vəziyyətə uyğun fəaliyyət göstərir. Ona görə də mən kimsənin fəaliyyətini təhlil, yaxud tənqid eləməyi nöqtələmək istəyirəm. Düşünürəm ki, buna ehtiyac yoxdur. Onsuz da, nə desən, dəyirman öz bildiyini edəcək. Biri hansısa hərəkəti səhv sayırsa, digəri düşünür ki, doğrudur. Kimi hesab edir ki, bu cür fəaliyyət göstərmək xəyanətdir, kimi də düşünür ki, milli maraqlara uyğundur. Məncə, hazırda müxalifətin hazırkı fəaliyyəti indiki situasiyaya adekvatdır. Bundan o tərəfə müxalifət nə etməlidir ki? Silahlı üsyana, qiyama qalxmalıdır? Heç müxalifətin bu imkanları da yoxdur. Yəni, müxalifət bacardığını, bildiyini, düşündüyünü edir.
- Siz adətən müxalifətin fəaliyyətindən narazılığınızı bildirərdiniz. Nə baş verdi ki, fikrinizi dəyişdiniz?
- Problemləri deməklə, tənqid eləməklə, yaxud da yalandan tərifləməklə nəsə alınmadı. Hesab edirəm ki, hər kəs öz işi ilə məşğuldur. Bundan o tərəfə kimdənsə nəsə gözləmək də doğru deyil.
- Bu, müxalifətin zəifliyi ilə, yoxsa ölkədəki vəziyyətin daha ağır olması ilə bağlıdır?
- Bu, vəziyyətin ağırlığından çıxış yolu tapa bilməməklə, yaxud bundan o tərəf yol tapa bilməməklə bağlı olan məsələdir. Burada kimsəni ayırmaq, əlahiddə tərifləmək, yaxud da tərifləmək doğru deyil. Özüm də daxil olmaqla, bacardığımız da, ortada olan da budur.
- Son dövrlər Sizin də fəaliyyətinizdə passivlik müşahidə olunur. Bunun özəl bir səbəbi var, yoxsa?
- Ola bilsin ki, belə görünür. Amma biz gündəlik işimizlə məşğuluq. Bu gün Azərbaycan mediası daha çox bir adamın başqa adama, yaxud bir təşkilatın başqa təşkilata qarşı tənqidi çıxışlarını fəaliyyət kimi qəbul edir. İqtidaryönlü təşkilatlar deyirlər ki, biz bütün işimizi "Eurovision" mahnı festivalının təbliğatına həsr eləmişik. Onlar hesab edirlər ki, fəaliyyət elə bundan ibarət olmalıdır. Biz isə gündəlik işimizlə məşğuluq, ondan o tərəfə də hansısa fəaliyyət göstərə bimirik.
- Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının fəaliyyəti də diqqəti cəlb eləmir. Səbəb nədir?
- Azərbaycanda hətta yanğınla, zəlzələ ilə belə diqqəti cəlb eləmək mümkün deyil. Yəni, intiharla, tarana getməklə, bir yeri partlatmaqla də diqqət mərkəzində olmaq mümkünsüzdür. Ona görə ki, Azərbaycan ən mühüm problemini əhəmiyyətsizləşdirib və axırıncı məsələ sırasına qoyub. ?ecə ki, Azərbaycanın demokratikləşməsi Qərbin, beynəlxalq təşkilatların nəzərində 4-5-ci sıradadırsa, Qarabağ problemi də Azərbaycanın özü üçün sonuncu yerdədir. Bu mənada bütün məsələlər baş-ayaq olduğuna görə uzağa getmək, hansısa məsələni həll eləmək mümkün deyil. Bütövlükdə korrupsiyalaşmış iqtidar topu-topxanası, pulu, gücü, bütün resursları əlində cəmləşdirsə belə, özünü Azərbaycan cəmiyyətinə qəbul etdirə bilmir. Yəni, ölkədə hələ də hakimiyyətdən narazılıq var. İnsanların evləri uçurulur, kompensasiyası verilmir, günahsız insanlar həbs olunur, haqqı deyən dillərə az qala, qıfıl vurulur. Vəziyyət bu cür olduğu şəraitdə nəsə eləmək mümkünsüzləşir. Onda yenə də o məsələyə qayıdırsan ki, analoqu olmayan addımlar atmaq lazımdır.
- Əgər ölkədə bu qədər narazılıq varsa, deməli, müxalifətin fəaliyyəti üçün, xalqı öz ətrafında birləşdirmək üçün münbit şərait var. Amma kütləni öz arxanızca apara bilmirsiniz. Bu, nəylə bağlıdır?
- Bu gün siz deyən kimi fikirləşənlər var və müəyyən mənada haqlıdırlar. Azərbaycan cəmiyyətinin yüzdə doxsanına yaxını müxalifətdədir. Ayağı yer tutan, iş görə bilənlərin böyük əksəriyyəti ölkədən kənardadır. Bir qism adamlar siyasi mühacirətdədir. Burda olanların da haqları addımbaşı pozulur. Amma bu insanlar indiyə qədər müxalifətdə olan insanları özlərinin önündə görə bilmirlər. Görürlərsə də, bir az başqa cür görürlər. Bu da onu göstərir ki, hələlik həmin narazı kütlənin istək və arzularını real mübarizə formasına çevirəcək qüvvə yoxdur. Ona görə sadəcə narızı kütlə olaraq qalırlar.
- Opponentləriniz isə deyir ki, müxalifət xalqı o qədər aldadıb ki, artıq ona inam itib. Eyni zamanda müxalifətin tatamilə sıradan çıxdığını iddia edirlər. Bu iddiaları qəbul edirsinizmi?
- Bütün məsələlərə münasibət bildirməyə çalışmaq doğru deyil. Elə əhəmiyyətsiz, absurd fikirlər irəli sürülür ki, onları münasibət bildirəndə o fikir sahiblərini bir az da qiymətə mindirmiş olursan. Yaxşı, bir anlıq fikirləşək ki, müxalifətin sosial bazası yoxdur, ardınca heç kim getmir. Onda hakimiyyət buyursun, ölkədə olan narazı insanları razı salsın. Rüşvətxorluğun kökünü kəsin, korrupsiyaya bulaşmış insanları komandadan qovun, daha tibb bacısını, qarovulçunu, arxasınca kiçik məmurları həbs etməklə korrupsiyaya qarşı mübarizə imitasiyası etməyin, bütün bu pulları bir yerə toplayanları cəzalandırın, biz də deyək ki, adamlar iş görür. Yaxud bu qədər tikinti gedir, evlər bom-boşdur. ?iyə bu evlərdə yaşayanlar yoxdur. İcra hakimiyyətləri nə qədər insanların haqlarını tapdalamalıdır? Axı bunlar insanlara xidmət üçün var olan qurumlardır. Bu qurumlar insanlara qarşı tətbiq olunan zülm aparatı deyil.
Əgər müxalifət zəifdirsə, heç bir sosial bazası yoxdursa, onda özləri vətəndaşlara sahib dursunlar, bütün bu haqsızlıqların qarşısını alsınlar və öz tərəflərinə çəksinlər. Dedikləri doğrudursa, bu gün cəmiyyətin 90 faizi onlardan narazı olmazdı, yanlarında dayanardı. Məsələ ondadır ki, hakimiyyət xalqdan çox uzaq düşüb, o qədər zülm edib ki, xalq onun yanına da getməz.
- Mirmahmud bəy, neçə vaxtdır ki, iqtidarla müxalifətin bir araya gəlməsi nədənsə hələ də reallaşmır. Səbəb nədir?
- Əgər təklif bir başa iqtidarın birinci söz sahibindən gəlsə, o zaman bu barədə həm fikir bildirmək olar, həm də bunun reallaşacağına inam da artar. Digər müstəvilərdə səslənən fikirlər isə bu günə qədər olduğu kimi nəticəsiz qalır. Amma onu da qeyd etmək lazımdır ki, bütün bu təşəbbüslər özbaşına ortaya çıxa bilməz. Yəni, Əli Həsənovun dialoqla bağlı fikiri özfəaliyyət ola bilməz. Bəziləri ona görə ümidsizdir ki, indiyə qədər bu fikirləri ya Əli Həsənov, ya da başqa bir millət vəkili deyib, amma nəticə olmayıb. Bu mədana hələlik iqtidarla müxalifətin dialoqunun baş tutmasına inamım azdır. Ona görə də hesab edirəm ki, bu məsələ reallaşmayana qədər onu ciddiyə almaq doğru deyil.
- Axı, iyun ayında ziyalılar və müxalifət liderləri ilə Əli Həsənovun görüşü olacağı bildirilir...
- Bu tipli təkliflər, müzakirələr bu ayın sonuna qədər səslənə bilər. Hesab edirəm ki, bu, mahnı festivalının rahat başa çatmasına hesablanıb. Hazırkı təkliflərin hamısı ildırım ötürən xarakteri daşıyır, inandırıcı görünmür.
- Necə düşünürsünüz, iqtidar-müxalifət dialoqu baş tutarsa, ölkədə islahatların başlaması, dəyişiklikləri olması mümkündürmü?
- Təbii ki, mümkündür. Bu, arzudan, istəkdən, iradədən asılıdır. Bunun üçün ilk növbədə müzakirələr başlamalıdır. Yox, əgər olmayacaqsa, sizin üçün təzə fikir, təzə polemika, növbəti səhifə, növbəti material olacaq.
- Son dövrlər mitinqlərin keçirilməsi də gündəmdədir. Müqavimət Hərəkatı da mitinq keçirmək niyyətini bəyan edib, amma ortada bir iş yoxdur. ?ə vaxt başlayırsınız?
- Biz mitinqə hazırlaşırıq. Allah qoysa, iyunun 24-də mitinq keçirəcəyik, özü də güclü mitinq olacaq. Onsuz da hər il bu mitinqi keçiririk. İndi də nəzərdə tuturuq ki, mitinq Cavid bağında olsun, ordan da Fəxri xiyabana yürüş edək. Başqa şəxslərin hazrladıqları mitinqləri, keçirdikləri tədbirləri qiymətləndirmədə dəyişikliklər eləmək lazımdır. Biz o mitinqlərə tənqidi münasibət bildirəndə adamlar narahat olurlar. Biz də onların narahatlığını nəzərə alıb deyirik ki, öz işləridir, özləri bilərlər. Əgər həmin tənqiddən nəticə çıxarılmırsa, nəyə görə bu barədə danışıb qəzetdə bir neçə min işarəlik yazı sayını artırmalıyıq? Ona görə də hərə öz işindədir, biz də heç kimin işinə qarışmırıq.
#601;ti #351;kilata qar#252;n#601;yl