ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıya gəlir

img

13-05-2012 [10:56]


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərləri çərçivəsində mayın 13-də Azərbaycana gəliblər. R.Bradtke Heydər Əliyev Beynəlxalq Aeroportunda bildirib ki, APA-ya açıqlamasında bildirib ki, mayın 12-də Ermənistanda prezident Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyanla görüşüb, danışıqlar aparıblar: ?Mayın 14-də isə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacağıq. Hazırda səfərin ortasındayıq. Səfər başa çatdıqdan sonra həmsədrlər birgə bəyanatla çıxış edəcəklər?. R.Bradtke regiona budəfəki səfərlərinin məqsədinin Londonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Varşavada E.Nalbandyanla danışıqlarda müzakirə olunan məsələlərə dair diskussiyanı davam etdirməkdir: ?London və Varşavada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə verdikləri birgə bəyanatın elementlərinin yerinə yetirilməsi məsələsini müzakirə etmişdik. Budəfəki səfərin məqsədi həmin diskussiyaları davam etdirməkdir?. Son günlər cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı sualın cavabında amerikalı diplomat yaranmış situasiyanın onları narahat etdiyini qeyd edib: ?Dublində də qeyd etdiyimiz kimi, biz son vaxtlar cəbhə xəttində situasiyanın gərginləşməsindən çox narahatıq?. R.Bradtke səfər zamanı bu məsələni də tərəflərlə müzakirə edəcəklərini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA