iyun ayında mitinq keçirilməsi qərarı verildi

img

21-05-2012 [04:43]


MMP-nin 19 mayda keçirmək istədiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyətindən yox cavabı gələndən sonra partiya rəhbərliyi dərhal Mitinq Komitəsinin və partiya fəallarının təcili toplantısını çağırıb. Toplantıda BŞİH?nin səhlənkar, etikadan kənar, konsititusiyaya zidd bu addımını Hacıbala Abutalıbovun növbəti demokratik dəyərləri heçə sayması kimi qiymətləndirildi, ölkə ücün çox həssas olan bir dövrdə dövlət rəsmilərinin çox diqqətli və ehtiyatlı olmalarının vacibliliyi səsləndirildi və qərara alındı ki, Hacıbala Abutalıbov bu qanunsuz hərəkətlərinə görə məhkəməyə verilsin,həmçinin hövbəti mitinqin vaxtını təyin etmək üçün gələn həftənin bazar ertəsi MMP İH və Mitinq Komitəsi yenidən bir araya gəlsin. Qərara alındığı kimi, bu gün Muasir Musavat Partiyasının mərkəzi qərqrgahında MMP İdarə Heyəti və Mitinq Komitəsi bir araya gəlib. Uzun məsləhətləşmələrdən sonra onlar qərara gəliblər ki, ölkədə hal-hazırda keçirilən Evrovijin mahnı yarışması bitənə qədər, yəni hardasa 10 gün müddətinə mitinq məsələsi təxirə salınsın .Evrovijin bitəndən sonra mitinqin keçirilmə tarixi yenidən müəyyənləşsin. Qeyd edək ki,toplantı iştirakçıları səsləndirilən təkliflərlə razılaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA