ictimai Palatanın Sumqayıt Təzkilatı ittihamedici bəyanat yaydı; icra bazçısı Eldar Əzizovdan zikayət olunacaq

img

13-05-2012 [04:56]


Müsavat, AXCP, AMDP (bozqurd), VHP və AMİP-in Sumqayıt təşkilatlarının, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin birgə təsis etdiyi İctimai Palatanın Sumqayıt Sumqayıt Regional Təşkilatı şəhərin rəhbərliyinin qeyri-qanuni hərəkətlərinə etiraz olaraq bəyanat yayıblar. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatın surətində bildirilir ki, 13 may 2012-ci il tarixdə şəhərin N.Nərimanov, 28 may mədəniyyət evlərinin qarşısında və ya Nizami meydanında KXCP və ÜMİD partiyalarının şəhər təşkilatları, İP-in Qubadlı və Laçın şöbələri və Qərbi Azərbaycana Qayıdış Birliyinin mitinq keçirəcəyinə dair İcra hakimiyyətinə müraciət edilsə də, İcra hakimiyyətinin 10 may 2012-ci il tarixdə ictimai-siyasi təşkilatlarla işlər şöbəsinin müdiri Seyfəddin Rəhimovun imzası ilə rədd cavab alıblar: ?Guya gostərilən hər üç meydanda təmir-bərpa və yenidənqurma işləri aparıldığını, orada çoxsaylı canlı qüvvə və texnika cəmləşdiyini bəhanə gətirərək mitinqin keçirilməsinin məqsədəmüvafiq hesab olunmadığı bildirilmişdir. Yəni faktiki olaraq razılıqdan imtina etmişdi. Belə cavabla İcra hakimiyyəti səlahiyyət həddini aşmış, İnsanların sərbəst toplaşmaq hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının və ?Sərbəst toplaşmaq azadlığı haqqında? Qanunun tələblərini kobudcasına pozmuşdur. Həmin ərazilərə baxış zamanı İcranın istinad etdiyi və cavab məktubunda razılıqdan imtina üçün əsas kimi göstərdiyi heç bir təmir-tikinti və yenidənqurma işləri aparılmadığı məlum olmuş və bu bəzi beynəlxalq təşkilatların həmin ərazilərdə keçirdiyi monitorinqdə də bir daha təsdiqini tapmışdır və foto - video görüntülər lentə alınmışdır?. Əlaqələndirmə Şurası bəyan edir ki, 12 may 2012-ci il tarıxdə mitinq barədə son qərarını verərək mitinqə razılıq verilmədiyini, 11 may piket cəhdi ilə əlaqədar Daxili qoşunlar və çevik polis alayı da cəlb edilməklə, Sumqayıtda faktiki olaraq qeyri-rəsmi fövqəladə vəziyyət rejimi tətbiq edildiyini, bütün meydan və parkların nəzarətə götürüldüyünü, təşkilatçılara və fəallara fərdi müşahidənin aparıldığını və hətta onların şəkillərinin əməliyyatçılara paylanıldığını, hər bir təxribata və hətta 2 aprel sayağı hadisələrə gedilə bilinəcəyinə dair etibarlı mənbələrdən daxil olan informasiyaları və sair acı nəticələr verəcəyini nəzərə alaraq may ayının 13-ə təyin olunan mitinqi təxirə salıblar: ?Bu qərardan sonra baş verə biləcək hər hansı hadisəyə məsuliyyət daşımırıq. İcra hakimiyyətinin qanunsuz əməlləri və 11 may piketi, 12 mayda ƏŞ-nın sessiyasına şərait yaradılmaması və 13 may mitinqinə qanunsuz və əsasız olaraq razılıq verilmədiyinə görə Məhkəməyə müraciət edilməsi də qərarlaşdırılıb. Eyni zamanda, İP şəhər təşkilatının sessiyasına yer ayrılması və sərbəst toplaşmaq azadlığının Sumqayıtda bərpa edilməsinə yardımçı olmaları üçün aidiyyatı orqanlara və Beynəlxalq təşkilatların Bakı təmsilçiliklərinə müraciət edilməsi qərara alınıb?. #601;k mitinqin ke

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA