Mübariz Qurbanlı: "Radikal müxalifət Azərbaycanın imicinə zərbə vurmaq istəklərinə nail olmayacaq"

img

23-05-2012 [05:22]


?Ölkəmizin daxilindəki bəzi dairələr, radikal müxalifət ?Eurovision? mahnı müsabiqəsindən sui-istifadə etməyə çalışırlar. ?Qara piar? kampaniyasının aparılmasında çox təəssüf ki, ökəmizin daxilindəki siyasi dairələr də iştirak etməkdədir. Bu dairələr anti-Azərbaycan kampaniyasında ?beşinci kalon? rolunu oynamaqdadır?. Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycanda ?Eurovision? mahnı müsabiqəsi ərəfəsində qanunazidd fəaliyyətə rəvac verilməsi və bunun davam etdirilməsi həmin dairələrin anti-Azərbaycan mahiyyətini bir daha göstərir. Onun sözlərinə görə, əslində, vətənpərvərlik hissi olan dairələr bu ərəfədə siyasi proseslərdə daha çox milli maraqları gözləməli idi. ?Yəni şəhərimizdə qeyri-qanuni aksiyalara cəhd göstərmək, əslində ?Eurovision? yarışmasına xələl gətirmək, ölkəmizin müsbət imicinə hansısa formada ziyan vurulmasına göstərilən cəhddir. Əlbəttə, burada radikal dairələr istədiyinə nail ola bilmir və bilməyəcək də. Çünki Azərbaycan xalqı onlara dəstək vermir və bundan sonra da verməyəcək?- deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA