ictimai Palata piket keçirmək qərarı verdi

img

12-05-2012 [03:20]


İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlının verdiyi məlumata görə, müxalifət mayın 13-ə təyin etdiyi yürüş-mitinqi təxirə salıb. G.Aslanlı bildirib ki, Koordiyasiya Şurasının birgə verdiyi qərara əsasən İP mayın 14-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında növbəti dəfə aksiya keçirəcək. G.Aslanlı qeyd edib ki, aksiyada həbsdə olan Palata üzvlərinin azadlığa buraxılması, ?Azad seçki!?, ?Sərbəst toplaşmaq azadlığı təmin olunsun!? və s. bu kimi şüarlar səsləndirəcək. Qeyd edək ki, İctimai Palata 13 may mitinqini ?İnqilab? kinoteatrının qarşısında keçirmək istəsə də Meriya müxalifətə yenə ?20-ci sahə?ni təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA