Bəxtiyar Hacıyevin Apellyasiya məhkəməsi keçiriləcək

img

19-05-2012 [04:11]


May ayının 21-i saat 10.30-da Bakı Apellyasiya məhkəməsində gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılacaq. İclasa hakim Mirzəli Abbasov sədrlik edəcək. Xatırladaq ki, ABŞ-ın Harvard universiteti məzunu olan Bəxtiyar Hacıyev keçən 2011-ci il mart ayının 4-də həbs edilib, may ayının 18-də barəsində ?hərbi xidmətdən yayınma? ittihamı ilə 2 illik həbs qərarı verilib. 2012-ci ilin martında cəza müddətinin yarısının bitməsi ilə əlaqədar Bəxtiyar Hacıyev Qaradağ Rayon Məhkəməsinə müraciət edib. O, Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsinin azadlıqdan şərti məhrumetmə ilə əvəzlənməsini istəyib. Məhkəmə vicdan məhbusunun bu istəyini təmin etməyib. Bəxtiyar Hacıyevin Bakı Apellyasiya Məhkəməsinə şikayəti rayon məhkəməsinin 2012-ci il martın 29-da çıxardığı bu qərarla bağlıdır. Gənc fəal apellyasiya instansiyasından Qaradağ məhkəməsinin qərarının ləğv olunmasını və şərti azadlığa buraxılmasını tələb edir. Hal-hazırda Qaradağ rayon, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan Bəxtiyar Hacıyev Amnesty İnternational və bir çox beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ?vicdan məhbusu? elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA