"imperator" sabah meydanda olacaq

img

11-05-2012 [10:05]


Türkiyə Superliqasının final mərhələsində "Trabzonspor"la oyundan sonra (0:0) 3 matçlıq cəza alan "Qalatasaray"ın baş məşqçisi, "İmperator" ləqəbli Fatih Terimin cəzası 1 illiyə təxirə salınıb. Bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar verib. Superliqanın son turun "Beşiktaş"la görüşü (2:2) tribunadan izləyən Terimin 2 oyunluq cəzası isə 1 il ərzində belə halın bir daha təkrarlanacağına qədər təxirə salınıb. Bununla da, Terim şənbə günü "Fənərbaxça"la ilə keçiriləcək vacib görüşdə məşqçilər korpusundakı yerini alacaq. Qeyd edək ki, Terim "Trabzonspor"la oyundan sonra matçın baş hakimi Tolqa Özkalfaya təzyiq göstərdiyi üçün TFF tərəfindən 3 oyunluq cəzaya məruz qalmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA