Qəbələdə futbol hakimini döydülər

img

26-05-2012 [08:56]


U-15 liqasının ?Bakı? və ?Qəbələ? komandaları arasında baş tutan oyunundan sonra dava düşüb. Fanat.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra qonaq komandanın məşqçi və oyunçuları hakimə hücum ediblər. Belə ki, matçın final fiti səslənən kimi ?Qəbələ?nin ehtiyat oyunçular skamiyasında əyləşən məşqçi və futbolçular meydana çıxaraq hakimin üzərinə hücum ediblər. Bu zaman ədalət təmsilçisi canını qurtarmaq üçün meydan boyu qaçmağa başalayıb və sonda mühafizə xidmətinin əməkdaşlarının köməyi ilə stadionu tərk edib. Hadisəyə dərhal reaksiya verən ?Qəbələ? bəyanat yayıb. Klub rəhbəriyi baş verənlərə görə üzr istəyib. Bəyanatda deyilir: ?Qəbələ? Futbol Klubu ?Bakı? ilə ?Qəbələ? arasında keçirilən Kapital Bank U-15 liqasının yarımfinal mərhələsinin cavab oyunundan sonra baş verən hadisələrdən təəssüfləndiyini bəyan edir. ?Qəbələ? Futbol Klubu olaraq baş verən hadisələrə görə, oyunun hakimlərindən, rəqibdən və bütün futbol ictimaiyyətindən üzr istəyir, hadislərdə iştirak edən klub əməkdaşlarının ən yaxın vaxtda cəzalanacağını bəyan edirik. Çıxarılacaq qərarlarla ictimaiyyət tanış ediləcək?. #305;n k

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA