ictimai Palatının piketi baza çatdı

img

07-05-2012 [02:17]


İctimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket başa çatıb. Aksiyada iştirak edən Müsavat başqanın müavini Gülağa Aslanlı bildirib ki, aksiya uğurlu olub. ?Polis ilk dəfə idi ki, piketi dağıtmağa ciddi cəhd və zorakılıq nümayiş etdirmədi. Bununla yanaşı ayrı-ayrı polislər tərəfindən zorakılıq faktları oldu. Bir neçə nəfər saxlanılıb?-deyə o bildirib. Hazırda polis ?İçərişəhər? metrostansiyası ətrafında piketçilərin sonuncu dəstəsini metro girişində müşayət edirlər. Piket üçün BŞİH-yə bir həftə əvvəldən müraciət edilib. İP-yə 6 maya təyin olunmuş mitinqlə bağlı müraciətə verilən cavab məktubunda 7 mayda piket keçirilməsinin məqsədəuyğun olmadığı yazılıb. İctimai Palata mayın 5-də keçirilən sessiyasında bildirilib ki, ?müxalifət 7 may aksiyası vasitəsilə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmadığını dünyaya göstərmək istəyir?. Azərbaycan rəsmiləri isə Azərbaycanda sərbəst toplaşma azadlığının təmin olunduğunu bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA